Georgi Kutoyanın meyiti tapılıb
- 17 Yanvar 2020
- comments
- Novator.az
- Posted in Xəbər
Ermənistanın İstintaq Komitəsi yanvarın 17-də açıqlama yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, paytaxt Yerevandakı evində Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyanın meyiti tapılıb. Onun bədənində güllə yarası aşkarlanıb.
1981-ci il təvəllüdlü Georgi Kutoyan Rostov Dövlət Universitetini, Ermənistan Milli Elmlər Akademiyasının aspiranturasını, ABŞ-ın Tafts Universitetini bitirib. Hüquq elmləri namizədi olan Georgi Kutoyan 2011-2016-cı illərdə Ermənistan prezidentinin (Serj Sərkisyanın) köməkçisi postunu tutub. Milli Təhlükəsizlik Xidmətinə 2016-2018-ci illərdə rəhbərlik edib.