• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hüquqşünasın İctimai Teleradioya sualı var

  • 15 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Fevralın 9-da keçiriləcək parlament seçkisinin ödənişli təşviqatına qoşulan İctimai Televiziya və Radio Yayımları Şirkəti 5-6 dəqiqəlik çıxışın saniyəsinə 22-65 manat arası qiymət qoyub. Əlavə dəyər vergisini nəzərə alanda məbləğ daha da çoxalır.

Novator.az-ın məlumatına görə, bu məsələyə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli özünün “Facebook” səhifəsində yazır: “İctimai Televiziyada 9 ödənişli seçki reklamı qiymətinin ən çox izlənmə saatında dəqiqəsi 4602 manat, ən az izlənmə saatında dəqiqəsi 1558 manat müəyyən olunması maraqlı mülahizələr ortaya çıxarır. Qanunla İctimai Televiziyanın hər saat başına 9 dəqiqə reklam, 3 dəqiqə tele-ticarət olmaqla 12 dəqiqə kommersiya məqsədli yayım hüququ var. Televiziya 24 saatlıq yayım rejimi ilə işləyir. Bu dəqiqələri bir illik yayımda topladıqda televiziya il ərzində 105 min 192 dəqiqəni kommersiya məqsədi ilə istifadə edə bilər.

“İctimai yayım haqqında” qanuna əsasən, ictimai yayımçının iqtisadi fəaliyyətinin şəffaflığını təmin etmək məqsədilə cari və ya fövqəladə audit yoxlamaları keçirilməli, təftişin və ya audit yoxlamalarının nəticələri kütləvi informasiya vasitələrində dərc olunmalıdır. Lakin praktikada İctimai Teleradionun iqtisadi fəaliyyətinin şəffaflığı təmin edilmir. Onun son audit hesablamalarına dair məlumatı 2015-ci ilə aiddir. Axırıncı 4 ilin hesabatlılığı yoxdur.

2015-ci ildə ictimai yayımçının reklam gəlirlərinin il ərzində 257 min 255 manat olduğu göstərilib. Burdan çıxan nəticəyə görə, 2015-ci ildə reklam dəqiqəsinin orta gəlirliliyi 2 manat 44 qəpik olub.

Hazırda seçki təşviqatı üçün müəyyən edilən minimum qiymət (1dəqiqə=1558 manat) orta reklam gəlirliliyindən 638 dəfə, maksimum qiymət (1 dəqiqə=4602 manat) 1886 dəfə yüksəkdir.

Qiymət qoyarkən hansı əsaslar nəzərə alınıb ki, belə yüksək qiymət müəyyən edilib?

Bəlkə də qiymət həqiqi gəlirlərə görə müəyyən edilib, bəs onda rəsmi gəlirlər harada gizlədilib?

İllik 105 min 192 dəqiqlik vaxtı minimum qiymət olan 1558 manata vurduqda məntiqlə televiziyanın illik reklam gəlirləri azı 163 milyon 889 min manat olmalıdır. Seçki dəqiqəsi üçün müəyyən olunan yüksək qiymətlə isə 484 milyon manat reklam gəliri alınır.

Qiymət müəyyən edənlər açıqlama verməyə məhkumdurlar, buyurun, arqumentlərinizi gözləyirik”.

Turist cəlb etməyin yolu

  • 15 Yanvar 2020
  • comments

Ötən il nə qədər bahalaşma gedib?

  • 15 Yanvar 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda