2020-ci il yanvarın 1-dən inzibati-iqtisadi məhkəmələr inzibati məhkəmələrə çevrilir və kommersiya məhkəmələri yaradılır.
Novator.az bildirir ki, yeniliyə görə, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv olunur.
Dekabrın 30-da sərəncam imzalayan prezident İlham Əliyev yeni yaradılmış inzibati və kommersiya məhkəmələrinin hakimlərini təyin edib:
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Muradov Hicran Xasay oğlu, Novruzov Səxavət Hüseyn oğlu;
Bakı İnzibati Məhkəməsi – Abdullayeva Aygün Abdulla qızı, Abıyev Nəriman İbrahim oğlu, Əliyev Elvin Əhəd oğlu, Hacıbəyova Miminat Tacib qızı, Həsənova Şəlalə Akif qızı, Hüseynov Araz Firidun oğlu, Hüseynov Pərviz Aktiv oğlu, Qarayeva Mehriban Cəfər qızı, Mədətli Fərid İlham oğlu, Oruczadə Aytən Pənah qızı, Rəcəbov İlkin Əbülfəz oğlu;
Gəncə İnzibati Məhkəməsi – Axundov Emin Tahir oğlu, Hüseynov Fikrət Cilingir oğlu, İsgəndərova Aygül Vulqar qızı, Osmanov Usaməddin Hidayət oğlu;
Sumqayıt İnzibati Məhkəməsi – Əzizova Vəfa Ehtiram qızı, Quliyev İsmayıl Rza oğlu, Məmmədov Ceyhun Bəşir oğlu;
Şirvan İnzibati Məhkəməsi – Allahyarov Zaur Mirzağa oğlu, Həsənov Samir Firdusi oğlu, İsmayılov Orxan Nadir oğlu;
Şəki İnzibati Məhkəməsi – Cabbarov İlqar Hidayət oğlu, Qasımov Vidadi Kamal oğlu;
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Hüseynov Elnur Heydər oğlu, Salmanov Elşən Fizuli oğlu;
Bakı Kommersiya Məhkəməsi – Axundova Zeynəb Əli qızı, Burcayev İmran Ramazan oğlu, Əliyev Emin Zöhrab oğlu, Əliyeva Aytən Heydər qızı, Əliyeva Leyla Rauf qızı, Nuriyeva Səbinə Vidadi qızı, Pirverdiyev Zaur Rafiq oğlu, Qasımov Fərrux Hüseynağa oğlu;
Gəncə Kommersiya Məhkəməsi – Məmmədov Rəşad Seylan oğlu, Vəliyev Kənan Hafiz oğlu;
Sumqayıt Kommersiya Məhkəməsi – Məmmədov Zahid Tahir oğlu, Sadiqov Zülfüqar Əhməd oğlu, Tağıyev Xəqani Qəhrəman oğlu;
Şirvan Kommersiya Məhkəməsi – İsmayılov Rafiq Tofiq oğlu;
Şəki Kommersiya Məhkəməsi – Məcidov Rüfət Azadəli oğlu.
Digər sərəncamla Əsgər Novruz oğlu Novruzov Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini, Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Əhliman Mehman oğlu Xıdırov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri, Elşən Fizuli oğlu Salmanov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri, Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri postlarına təyinat alıblar.
Rzayev Rəşid Şükür oğlu Xətai Rayon Məhkəməsinin hakimi və sədri, Əliyev İslam Əli oğlu Yasamal Rayon Məhkəməsinin hakimi və sədri, Abbasov Natiq Mehdi oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri, Nuriyev Mehman Bağış oğlu Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri, Heydərov Faiq İnqilab oğlu Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi, Mustafayev Etibar Mustafa oğlu Binəqədi Rayon Məhkəməsinin hakimi, Tağıyev Zaur Müzəffər oğlu Xəzər Rayon Məhkəməsinin hakimi, Kərimli Rüstəm Lətif oğlu Sabunçu Rayon Məhkəməsinin hakimi, Əsədova Tahirə Əlif qızı Sabunçu Rayon Məhkəməsinin hakimi, Süleymanova Şəhla Ənvər qızı Səbail Rayon Məhkəməsinin hakimi, Daşdəmirov Rauf Məhərrəməli oğlu Yasamal Rayon Məhkəməsinin hakimi, İmanov Xaliq Xalıq oğlu Kürdəmir Rayon Məhkəməsinin hakimi, Ələkbərov Əfqan Qəzənfər oğlu Sumqayıt Şəhər Məhkəməsinin hakimi, Məmmədov Elçin Qüdrət oğlu Sumqayıt Şəhər Məhkəməsinin hakimi, Rzayev Kamil Allahqulu oğlu Tərtər Rayon Məhkəməsinin hakimi vəzifələrinə gətiriliblər.