• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Komada olan hüquq müdafiəçisi gözünü açıb

  • 25 Dekabr 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika qalır.

Hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva “Turan”a bildirib ki, bir həftədən çoxdur Oqtayın hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır: “Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”.

Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

2019-cu il oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisəni törədən sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev koma vəziyyətində, qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə sümüyündə sınıq, sol yarımkürədə çoxsaylı qansızmalar diaqnozu ilə “City Hospital”a köçürülüb, oktyabrın 30-u orada əməliyyat olunub.

Noyabrın 1-dən Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunub, noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-da həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb və noyabrın 20-də əməliyyat olunub. Neyrocərrahiyyə əməliyyatı zamanı xəstənin beynindən maye çəkilib, qalan mayenin çıxarılması üçün kateter taxılıb.

Oqtay Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Oqtay Gülalıyevin vəziyyəti necədir?

Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?

Oqtay Gülalıyev reanimasiya şöbəsindədir

Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar

Oqtay Gülalıyevin durumu

Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib

Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü

Oqtay Gülalıyev İstanbula aparıldı

Oqtay süni nəfəs aparatından çıxarılıb

Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb

Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

Oqtay əməliyyat olundu

Oqtay Gülalıyev palataya köçürülüb

Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması

Pensiyalarda mümkün artım

  • 25 Dekabr 2019
  • comments

Dördüncü dairə

  • 25 Dekabr 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda