• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş redaktor nazirliyə qarşı: bir instansiyada proses yekunlaşdı

  • 25 Dekabr 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində başlanan məhkəmə prosesi yekunlaşıb.

Şəmşad Ağa Toplum.tv-yə bildirib ki, məhkəmə onun iddiasını təmin etməyib.

Dörd ay çəkən məhkəmə prosesi dekabrın 24-də sona çatıb.

Baş redaktor qeyd edib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Şəmşad Ağanın iddiası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşıdır. İddiaya səbəb bu ilin aprelində heç bir xəbərdarlıq edilmədən üç gün ərzində Arqument.az saytına girişə məhdudiyyət qoyulmasıdır.

Şəmşad Ağa sayta müdaxilənin Cəlilabadda bir qrup fermerin etiraz aksiyası haqda xəbərlə bağlı olduğunu düşünür. Onun sözlərinə görə, həmin aksiya barədə ilk məlumatı Arqument.az yayıb.

Baş redaktor bildirir ki, sayt bloklanandan sonra redaksiyadan materialları silmək tələb olunub, lakin onlar bu təklifdən imtina ediblər. Üç gün sonra saytın fəaliyyəti bərpa olunsa da, bloklanma müddətində saytın məlumat bazasına edilən haker hücumları nəticəsində bəzi materiallar və məlumat bazası zədələnib.   

Şəmşad Ağa bunu ifadə azadlığına zidd sayır və fəaliyyətlərinə qanunsuz müdaxilə hesab edir. 

2017-ci il martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib, nəticədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytlara girişi məhdudlaşdırmaq səlahiyyəti qazanıb.

2018-ci il avqustun 8-də Səbail Rayon Məhkəməsi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin iddiası əsasında Arqument.az saytını bloklamışdı. Avqustun 10-da Bakı Apellyasiya Məhkəməsi Səbail məhkəməsinin qərarını ləğv etmişdi. Həmin vaxt bu, sayt üzərinə qoyulan blokun ləğvi istiqamətində Azərbaycan məhkəmələrində çıxarılan ilk qərar idi.

Arqument.az saytı 2014-cü ildən fəaliyyət göstərir.

Ağ Şəhərdə

  • 25 Dekabr 2019
  • comments

Hesabat və vədlər

  • 25 Dekabr 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda