• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mustafa seçkidən kənarda qalır?

  • 20 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Müsavat Divanının üzvü, partiyanın Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mustafa Hacıbəylinin məhkəməyə müraciəti üzrə qərar dekabrın 24-də çıxarıla bilər.

Novator.az bildirir ki, Mustafa Hacıbəyli 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. “Basta” saytının baş redaktorudur.

2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq həmin il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlarda terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

Açıqlamada “Basta” saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu il fevralın 21-də Mustafa Hacıbəylini vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və dövlət əleyhinə çağırışlarda təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrum edib. Cəzanın 2 ili sınaq müddətidir.

Müsavat Partiyası 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində Mustafa Hacıbəylini 31 saylı Suraxanı seçki dairəsindən namizəd göstərib. Məhkumluğu olan şəxsin seçkiyə qatılması yasaqdır. Buna görə Mustafa Hacıbəyli Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkumluğunun götürülməsini istəyib. Dekabrın 19-da keçirilən prosesdə çıxış edən Mustafa Hacıbəyli deyib ki, “Basta” saytında dərc edilən iki məqaləyə görə barəsində çıxarılan məhkəmə hökmü qanunsuzdur: “Mənim ifadə azadlığım, hərəkət azadlığım sifarişli hökmlə məhdudlaşıb. İndi qarşıdan seçki gəlir, üzərimdə məhkumluq olduğu üçün deputatlığa namizədliyimi irəli sürə bilmirəm. Seçki hüququmun məhdudlaşmasını aradan qaldırmaq üçün məhkəməyə üz tutmuşam”.

Prosesdə Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin məhkəmə sorğusuna cavabı elan edilib. Cavabda qeyd olunur ki, 2 illik sınaq müddətinin yarısı keçmədiyi üçün məhkumluğun götürülməsi barədə qərar qəbul edilə bilməz.

Cinayət Məcəlləsinə görə, şərti məhkum edilmiş şəxs sınaq müddətinin azı yarısı keçdikdən sonra öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğvi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər.

Dövlət ittihamçısı çıxış üçün 5 gün vaxt istədiyi üçün məhkəmə dekabrın 24-nə saxlanıb.

1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi veteranı, III qrup əlildir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. “Basta” saytını 2015-ci ildə yaradıb.

Mustafa Hacıbəylinin işi məhkəməyə gedir

ABŞ səfirliyində görüş

Mustafa Hacıbəyli nəzarətə götürüldü

Mustafa Hacıbəylinin məhkəməsi başlayır

Mustafa Hacıbəylinin məhkəməsi: vəsatət təmin olunmadı

Baş redaktorun məhkəməsi: jurnalistlər ifadə veriblər

Baş redaktorun məhkəməsi davam edir

Mustafa Hacıbəyliyə hökm oxundu

Mustafa Hacıbəyliyə bəraət verilmədi

Baş redaktor beynəlxalq tədbirə buraxılmayıb

Bastainfo.com saytı yeni problemlə üzləşib

Mustafa Hacıbəylinin şikayətinə baxılıb

EN TV – Eldar Namazov yeni kanal açıb

  • 20 Dekabr 2019
  • comments

Nazirlikdən yeni evlər

  • 20 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda