• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çirkli pullar və vətəndaş cəmiyyəti: seminar keçirilib

  • 18 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycanın Maliyyə Monitorinqi Xidməti və Açıq Hökumət Platforması terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasında vətəndaş cəmiyyəti təşkilatlarından sui-istifadənin qarşısının alınması sahəsində qabaqcıl beynəlxalq təcrübəni müzakirə etmək məqsədi ilə beynəlxalq seminar keçirib. Məlumat Novator.az-a ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilib.

Məlumatda deyilir ki, Birləşmiş Ştatlar terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində müvafiq tədbirlərin görülməsini və icra edilməsini təşviq edən beynəlxalq təşkilatın – FATF-nin 39 üzv ölkəsindən biridir. FATF terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasında vətəndaş cəmiyyəti təşkilatlarından istifadə cəhdlərinin qarşısını almaq, eyni zamanda vətəndaş cəmiyyəti təşkilatlarının cəmiyyətə və hökumətə dəyərli xidmətlər göstərmək imkanını qorumaq şərti ilə ölkələrə yardımçı olmaq üçün beynəlxalq qabaqcıl təcrübələr hazırlayıb.

Bakıda keçirilən beynəlxalq seminarda çıxış edən USAİD-in missiya direktoru Cey Sinqx mühüm sosial xidmətlər göstərməkdə və iqtisadiyyatı inkaşaf etdirməkdə vətəndaş cəmiyyəti təşkilatlarının önəmli rolunu vurğulayıb. O həmçinin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi cəhdlərində vətəndaş cəmiyyəti təşkilatları ilə düzgün balansın təmin edilməsinin vacibliyini qeyd edib və bunun çətin olduğunu deyib.

Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Nataliya Burcali qeyd edib ki, terrorizmə qarşı hər hansı effektiv strategiya vətəndaş cəmiyyətini gücləndirməli, zəiflətməməlidir: “Bütün qeyri-kommersiya təşkilatlarının üzərinə ağır hesabat öhdəliklərini qoymaq bir çox halda terrorizmin maliyyələşməsi ilə mübarizəyə töhfə vermir, əksinə – terrorizmlə mübarizəyə sərf olunmalı olan hökumət resurslarının səmərəsiz xərclənməsinə gətirib çıxarır”.

Seminarda dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq ekspertlər hökumətin və vətəndaş cəmiyyəti təşkilatlarının vətəndaş cəmiyyəti təşkilatlarından sui-istifadədə və istismarının qarşısını almaqda rolunu müzakirə ediblər. Onlar həmçinin vətəndaş cəmiyyəti təşkilatları üçün çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısını almağa yönəlik hesabatlılıq öhdəlikləri sahəsində Azərbaycan qanunvericiliyini və onun FATF beynəlxalq qabaqcıl təcrübələrinə necə uyğunlaşdırılmasını müzakirə ediblər.

Seminar USAİD-in maliyyələşdirdiyi və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, “FHİ360” və “MG Consulting” tərəfindən icra edilən “Şəffaflıq naminə vətəndaş cəmiyyəti təşkilatları” layihəsi çərçivəsində həyata keçirilib.

Reportyorlar (53)

  • 18 Dekabr 2019
  • comments

Şəhla Hümbətova ifadə vermir

  • 18 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda