• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şura siyasi qüvvələrə çağırış etdi

  • 10 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Növbədənkənar parlament seçkisinin boykotu barədə qərar çıxaran Demokratik Qüvvələrin Milli Şurası dekabrın 10-da bəyanat qəbul edib.

Bəyanatda iddia olunur ki, hakimiyyət növbədənkənar seçki nəticəsində parlamenti yenidən, daha itaətkar tərkiblə qəsb etmək niyyəti güdür, “erkən seçki qərarının gizli saxlanaraq qəfildən üzə çıxarılması, sürətlə rəsmiləşdirilməsi cəmiyyəti və müxalifəti hazırlıqsız yaxalamaq üçündür”.

Milli Şura bəyan edir ki, ölkədə normal seçki üçün heç bir şərait yoxdur: “Seçki qanunvericiliyi mürtəce məzmun daşıyır, komissiyalar hakimiyyətin nəzarətindədir, azad media sıradan çıxarılıb, insanların sərbəst toplaşmaq hüququ əlindən alınıb, 100-dən çox siyasi məhbus hələ də cəza çəkir, müxalif ictimai fəallar və siyasətçilər daimi təzyiq altındadır, siyasi qüvvələr üçün rəqabət mühiti yoxdur, ölkədə total polis nəzarəti və inzibati basqı hökm sürür”.

Bəyanatda deyilir ki, Milli Məclisə erkən seçkinin keçiriləcəyi bəlli olan kimi Milli Şura hakimiyyətə seçki islahatları təklifi verib, lakin hakimiyyət bu təklifləri rədd edib.

Milli Şura belə bir şəraitdə xalqın öz iradəsini ifadə etməsinin mümkün olmadığını, buna görə növbədənkənar parlament seçkisinə qatılmayacağını, seçkini boykot etdiyini diqqətə çatdırır.

Şura bəyan edir ki, bu şəraitdə keçirilən seçki heç bir halda xalqın iradəsini ifadə edə və legitim sayıla bilməz: “Milli Şura ölkənin bütün demokratik qüvvələrini bu qeyri-legitim prosesdə iştirakdan çəkinməyə, demokratik dəyişikliklər üçün mübarizədə əməkdaşlığa və birgəliyə çağırır. Milli Şura bəyan edir ki, hakimiyyətin xalqa qaytarılması naminə apardığı prinsipial mübarizəyə sadiqdir və ölkədə dinc demokratik dəyişikliyi şərtləndirəcək yeni bir xalq hərəkatının baş tutması üçün fəaliyyətini davam etdirəcək. Milli Şura Azərbaycan xalqını ayıq olmağa və öz hakimiyyətini formalaşdırmaq hüququnun əlindən alınmasına qanuni, dinc vasitələrlə müqavimət göstərməyə səsləyir. Milli Şura həmçinin beynəlxalq birlikdən tələb edir ki, Azərbaycan xalqının öz təbii haqqından məhrum edilməsinə, Avropa Şurasının üzvü olan bir ölkədə hakimiyyətin açıq-aşkar qəsb olunmasına seyrçi qalmasın, Azərbaycanda demokratiya və azadlıqların təmin edilməsi naminə üzərinə götürdüyü öhdəliklərə uyğun, təsirli tədbirlərə əl atsın”.

Növbədənkənar parlament seçkisi 2020-ci il fevralın 9-da keçiriləcək.

Hazırkı Milli Məclisin buraxılması təşəbbüsünü parlament çoxluğunun təmsilçiləri – Yeni Azərbaycan Partiyasının üzvləri irəli sürüblər.

Dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxıb və fevralın 9-na növbədənkənar seçki təyin edib.

Müxalif partiyalardan Müsavat, Ümid, Respublikaçı Alternativ 9 fevral seçkisində iştirak etməyə qərar verib.

Milli Şura 2013-cü ildə yaradılıb. Tarixçi alim Cəmil Həsənlinin sədrlik etdiyi qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.

Milli Məclis buraxılır

Yeni Azərbaycan Partiyasının deputatları

Növbədənkənar seçki təklifi necə qarşılanır?

ADR Hərəkatından boykot anonsu

Pensiya yaşlı deputatlar

Milli Şuranın şərti var

Parlamentin buraxılması üçün prezidentə müraciət olundu

Müsavat seçki müzakirəsi təşkil edir

4 dekabr, saat 12

Bəs Naxçıvan parlamenti?

İştirak, yoxsa boykot?

Cəbhə və Müsavat: boykotun və iştirakın tarixi

Konstitusiya Məhkəməsi yeni seçkiyə razılıq verdi

Parlamentin hansı səlahiyyətləri saxlanır?

6-cı seçkinin günü, qaydası

Hansı dairədə nə qədər seçici var?

Seçki təqvimi, iştirak qərarları

Seçkidə addım-addım

Arif Hacılı efir istəyir

Naxçıvanda da seçki qabağa çəkildi

Əli Kərimli boykot qərarını açıqladı

Məhkumluq maneədirmi?

Rovsan Aliyev

İqtisadi dəyişikliklərin olacağını hardan bilirik?

  • 10 Dekabr 2019
  • comments

Kralla görüş

  • 10 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda