Azərbaycan Ordusunun komandir-rəis heyətinin iştirakı ilə keçirilən toplanış başa çatıb. Mod.gov.az-ın 10 dekabr məlumatına görə, müdafiə nazirinin müavinlərinin, qoşun növləri və qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirak etdiyi toplanışda şəxsi heyətin bilik və bacarığı, həmçinin fiziki və sıra hazırlığı yoxlanıb.
Toplanışın sonuncu günü iştirakçılardan hərbi nizamnamələr, normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib, eləcə də silahlardan atışlar icra olunub.