• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhə və Müsavat: boykotun və iştirakın tarixi

  • 04 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 118 seçki dairəsini əhatə edən seçkilərdə 1606 bələdiyyəyə 15156 nəfər seçilməlidir.

Ənənəvi müxalifət kimi tanınan partiyalar – AXCP və Müsavat 23 dekabr seçkilərini boykot edir. Novator.az bu qurumların əvvəlki seçkilərə münasibətinə də nəzər salıb.

AXCP 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında yaradılıb.

1989-cu il iyulun 16-da təsis olunan AXC-nin bir qrup lideri 1992-ci ildə Müsavat Partiyasını bərpa edib. Partiyanın əsası 1911-ci ildə qoyulub.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi üç mərhələdə bərpa olunub: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

28 ildə Azərbaycanda 6 referendum, 17 seçki (8 prezident seçkisi, 5 parlament seçkisi, 4 bələdiyyə seçkiləri) keçirilib.

Müstəqillik bəyan ediləndən sonra ilk seçki prezident seçkisi olub. AXC 1991-ci il sentyabrın 8-də keçirilən həmin seçkini boykot edib.

1991-ci ilin 29 dekabr referendumu – dövlət müstəqilliyi haqda konstitusiya aktının ümumxalq səsverməsində təsdiqlənməsi AXC-nin iştirakı ilə keçirilib.

1992-ci il iyunun 7-də keçirilən növbədənkənar prezident seçkisində AXC-nin lideri Əbülfəz Elçibəy dövlət başçısı seçilib.

1993-cü ilin iyun ayında Əbülfəz Elçibəy hərbi-siyasi qiyamla devrilib, Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb, avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib. AXC və Müsavat həmin referendumu, o cümlədən oktyabrın 3-də keçirilən növbədənkənar prezident seçkisini boykot edib.

1995-ci il noyabrın 12-də parlament seçkisi və yeni konstitusiyanın qəbuluna dair referendum keçirilib. AXCP və Müsavat həmin ümumxalq səsvermələrində iştirak edib.

1998-ci ilin 11 oktyabr prezident seçkisi AXCP və Müsavatın iştirakı olmadan reallaşdırılıb.

AXCP və Müsavat 12 dekabr 1999-cu ildə keçirilən bələdiyyə seçkilərinə və 2000-ci il noyabrın 5-nə düşən parlament seçkisinə qatılıb.

2002-ci il avqustun 24-də Azərbaycan Konstitusiyasına dəyişiklik referendumu boykot olunub.

2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkisinə AXCP və Müsavat öz namizədləri ilə qatılıblar. Sonra AXCP öz namizədini başqa bir namizədin xeyrinə geri çəkib.

AXCP və Müsavat 17 dekabr 2004-cü ildə keçirilən bələdiyyə seçkilərinə qatılmayıb.

2005-ci il noyabrın 6-da keçirilən parlament seçkisində AXCP və Müsavat başqa qurumların da yer aldığı bir blokda iştirak edib.

2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkisi boykot olunub.

AXCP və Müsavat 2009-cu il martın 18-də keçirilən konstitusiyaya dəyişiklik referendumunda iştirak edib.

23 dekabr 2009-cu ilin bələdiyyə seçkiləri boykot olunub.

2010-cu il noyabrın 7-də keçirilən parlament seçkisinə AXCP və Müsavat bir blokda qatılıb.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkisində AXCP və Müsavat başqa təşkilatlarla birgə – vahid namizədlə iştirak edib.

23 dekabr 2014-cü ilin bələdiyyə seçkiləri, 1 noyabr 2015-ci ilin parlament seçkisi, 26 sentyabr 2016-cı ilin konstitusiyaya dəyişiklik referendumu və 11 aprel 2018-ci ilin növbədənkənar prezident seçkisi boykot edilib.

Reportyorlar (51)

  • 04 Dekabr 2019
  • comments

Təşviqatdakı media qurumları

  • 04 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda