• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavat seçki müzakirəsi təşkil edir

  • 02 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Müsavat Partiyası siyasətçi və ictimai xadimləri dəyirmi masa ətrafında toplayır. Novator.az-ın məlumatına görə, dekabrın 3-ü Müsavatın Bakıdakı mərkəzi qərargahında keçiriləcək tədbirə bu partiyanın başqanı Arif Hacılının, AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimlinin, Xalq Partiyasının sədri Pənah Hüseynin, Haqq-Ədalət Partiyasının təşkilat komitəsinin sədri Əli İnsanovun, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbərin, bir neçə başqa siyasi və ictimai təşkilatın nümayəndələrinin, jurnalist, politoloq və hüquqşünasların qatılacağı gözlənir.

Dəyirmi masada mümkün növbədənkənar parlament seçkisi müzakirə olunacaq.

Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması, növbədənkənar seçkinin təyin olunması üçün dövlət başçısına müraciət edib.

Təşəbbüsün müəllifi prezident İlham Əliyevin sədrlik etdiyi, parlamentdə 68 deputatla təmsil olunan Yeni Azərbaycan Partiyasıdır.

Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci il noyabrın 1-də keçirilib. Milli Məclisin buraxılması gündəmə gəlməsəydi, növbəti seçki 2020-ci il noyabrın 1-də olacaqdı.

2016-cı ildə konstitusiyaya əlavə olunmuş 98-1-ci maddəyə görə, Azərbaycan prezidenti Milli Məclisi buraxa bilər.

Milli Məclisə seçkinin təyin edilməsi prezidentin səlahiyyətindədir. Seçki haqqında qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilməlidir.

Prezident Administrasiyasında yeni şöbə müdiri

  • 02 Dekabr 2019
  • comments

4 dekabr, saat 12

  • 03 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda