• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Texniki tənzimləmə qanununda nələr var?

  • 27 Noyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dövlət başçısı İlham Əliyev “Texniki tənzimləmə haqqında” qanunu imzalayaraq tətbiqinə fərman verib. Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

Novator.az bildirir ki, sənəd mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin hüquqi əsaslarını, məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.

Texniki tənzimləmənin prinsipləri qanunda belə sıralanır: qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq; yerli və xarici ölkə mənşəli mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair tələblərin müəyyən edilməsinə vahid yanaşma; milli iqtisadiyyatın texnoloji inkişaf səviyyəsinə uyğunluğu; uyğunluğu qiymətləndirən qurumların təsərrüfat subyektindən asılılığının yolverilməzliyi; akkreditasiya və sertifikatlaşdırmanın həyata keçirilməsi zamanı rəqabətin məhdudlaşdırılmasının yolverilməzliyi; akkreditasiya və uyğunluğun qiymətləndirilməsi səlahiyyətlərini eyni qurumun həyata keçirməsinin yolverilməzliyi; malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə rəqabət qabiliyyətli biznes mühitinin formalaşdırılması arasında balansın təmin edilməsi; texniki tənzimləmə üzrə məcburi tələblərin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılması və malların digər keyfiyyətlərinin bazar rəqabəti əsasında tənzimlənməsi; uyğunluğun təmin edilməsi sahəsində qabaqcıl metodların istifadəsinə imkan yaradılması; istehsal zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumlara həvalə edilməsi.

Qanunun tətbiqi ilə bağlı 26 noyabr fərmanında prezident Nazirlər Kabinetinə texniki reqlamentləri nizamlayan orqan (qurum) barədə təkliflərini bir ay müddətində hazırlamağı tapşırıb. Bundan üç ay sonra texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydalarının layihəsi; uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi qaydaları; uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydası; texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydası; uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydaları; istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydaları və başqa sənədlər hazırlanmalıdır.

Böyük liqada növbəti tur

  • 27 Noyabr 2019
  • comments

Kurs dəyişmələri

  • 27 Noyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda