• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tibbi sığorta harada nə vaxt tətbiq olunacaq?

  • 26 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Milli Məclis “Tibbi sığorta haqqında” qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib. Novator.az bildirir ki, xidmətlər zərfi anlayışı yenilənərək icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusu kimi verilir.

Dəyişikliyə əsasən, sığortalı – öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs; sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər; sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaiti; sığorta hadisəsi – sığorta ödənişinin ödənilməsi üçün əsas olan hadisə və ya yaranan hal (o cümlədən profilaktik tədbirlər) sayılır.

2017-ci ilin yanvarından ölkədə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanıb. Pilot layihə ilk olaraq Mingəçevir şəhərini və Yevlax rayonunu əhatə edib, 2018-ci ildən isə Ağdaş rayonunun ərazisində də tətbiq olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təklifinə əsasən, 2020-ci ilin yanvar-mart aylarında icbari tibbi sığorta Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında tətbiq ediləcək.

Aprel-iyun aylarında Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sistemə qoşulacaq.

İyul-sentyabr aylarında icbari tibbi sığorta Şirvan şəhərini, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarını əhatə edəcək.

Oktyabr-dekabr aylarında Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən yararlanacaq.

Naxçıvan Muxtar Respublikasında bu işə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsuldur.

Sabitlik və yenilənmələr

  • 26 Noyabr 2019
  • comments

Uşaq pulu üçün iki mənbə

  • 26 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda