Noyabrın 26-da ABŞ dolları (1,7 manat) və Rusiya rublunun (0,0266 manat) rəsmi məzənnələri sabit qalıb.
Mərkəzi Bank ucuzlaşan avronu 1,8723, Gürcüstan larisini 0,5709, Türkiyə lirəsini 0,2960 manata təklif edir.
BƏƏ dirhəminin kursu 0,4629, Çin yuanı 0,2418, İngiltərə funt sterlinqi 2,1921 manata yüksəlib (Valyutalar).
Dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir. Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu manatın qorunması üçün Mərkəzi Bankın 2019-cu ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 167,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.