Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə təltif sərəncamları imzalayıb. Novator.az-ın məlumatına görə, Əliyev Fikrət Əhmədəli oğlu, Əzizov Abdulsəyid Əbdülhəmid oğlu, Qurbanov Elşad Məcnun oğlu, Səlimov Arif Ağacan oğlu, Şəmsizadə Nizaməddin Şəmsəddin oğlu, Yaqubov Məmməd Haqverdi oğlu əməkdar elm xadimi; Abbasova İpək Soltan qızı, Abdullayev İmran Məmmədəli oğlu, Abdullayev Rizvan Əhməd oğlu, Ağakişiyev Əliheydər Yunis oğlu, Allahverdiyeva Səfurə Bayram qızı, Bayramov Rafael Vəli oğlu, Bədəlbəyli Ülfət İsmayıl qızı, Cəfərov Yasin İsa oğlu, Cəlilov Abutalıb Hümbət oğlu, Fiqarova Sofya Rüstəm qızı, Hüseynov Hidayət Məmməd oğlu, Qocamanov Məqsəd Hüseyn oğlu, Quliyev Hamlet Fərman oğlu, Mahmudzadə Ramin Əlinazim oğlu, Məmmədov Kərəm Hətəm oğlu, Məmmədov Knyaz Şiraslan oğlu, Məmmədov Nuru Zeynalabdin oğlu, Məmmədova Afət Oqtay qızı, Orucov Elşar Qurban oğlu, Orucov Həmzağa Davud oğlu, Rzayev Etibar Abasəli oğlu, Vəliyev İslam Dini oğlu, Yusubov Şakir Şıxı oğlu əməkdar müəllim fəxri adı alıblar.
Xələfov Abuzər Alı oğluna “Şərəf” ordeni; Babaxanov Neron Aslan oğlu, Əliyev Bəxtiyar Həmzə oğlu, Əli-Zadə Hikmət Abdul oğlu, Həsənov Ralfrid Əhədoviç, İbrahimov Vaqif Rza oğlu, İsmayılzadə Qüdrət Seyfulla oğlu, Kazımzadə Aydın Həsən oğlu, Mehdiyev Məhəmməd Fərman oğlu, Məmmədov Cahangir Abduləli oğlu, Mənsimov Kamil Bayraməli oğlu, Paşayeva Nərgiz Arif qızına “Şöhrət” ordeni; Məhərrəmov Abel Məmmədəli oğlu, Məmmədov Yusif Əbülfət oğluna 2-ci dərəcəli “Əmək” ordeni; Abasov Abdulla Əsgər oğlu, Abdinov Əhməd Şahvələd oğlu, Babayev Məcnun Şıxbaba oğlu, Əhmədli Nəsir Abbas oğlu, Əhmədov Eldar İsa oğlu, Əhmədov Əli Mustafa oğlu, Əliyev Ələkbər Əli Ağa oğlu, Əlizadə Yalçın Mustafa oğlu, Əzizov Elxan Zəkəriyə oğlu, Xasayev Adil İmran oğlu, İsayev Sokrat Abbasəli oğlu, İsgəndərov Nizaməddin Şirin oğlu, Qocayev Niftalı Mehralı oğlu, Mehdiyeva Qalina Yuryevna, Məmmədov Musa Nəsib oğlu, Məmmədova Əsmətxanım Bəyəhməd qızı, Məsimov Eldar Əli oğlu, Mirzəyev Sabir Sultanağa oğlu, Muxtarova Əsməd İmamməmməd qızı, Mütəllimov Təhsin Mütəllim oğlu, Paşayeva Ədibə Mir Cəlal qızı, Vahidov Fazil Qulam Mirzə oğlu, Vəliyev Həmid Alı oğlu, Zeynalov İbrahim Xudaverdi oğluna 3-cü dərəcəli “Əmək” ordeni verilib.
“Tərəqqi” medalı ilə bu şəxslər təltif edilib: Abbasov Vahid Hacıbəy oğlu, Abbasova Firuzə Məmməd qızı, Ağayev İsfəndiyar Bəhlul oğlu, Ağayev Şahin Sabir oğlu, Aslan Knyaz İlyas oğlu, Cavadov Rövşən Əli oğlu, Cəfərov Mikayıl Məhəmməd oğlu, Əliyeva İfrat Səlim qızı, Əliyeva Kamilə Ramiz qızı, Hacıyeva Sevinc Rafiq qızı, Hüseynova İradə Mehtiqulu qızı, Xəndan Aydan Rəfiq Zəka qızı, İbrahimbəyova Rəna Fuad qızı, İsmayılov Xəlil İsmayıl oğlu, İsmayılova Sima Paşa qızı, Qasımov Vaqif Əli Muxtar oğlu, Qasımova Aidə Şahlar qızı, Quliyeva Lalə Hüseyn qızı, Qurbanov Azad İsa oğlu, Lebedeva Nelli Nikolayevna, Mehdiyeva Nisbət Canməmməd qızı, Məmmədov Alxan Bayram oğlu, Məmmədov Elçin Əli oğlu, Məmmədov Hüseyn Mikayıl oğlu, Məmmədov Kərəm Cahangir oğlu, Məmmədov Rüstəm Fəxrəddin oğlu, Məmmədova Məhluqə Arif qızı, Məmmədova Sevinc İbrahimxəlil qızı, Miriyeva Nuridə Telman qızı, Mirzəyev Əmirxan Nizam oğlu, Mirzəyev Fərhad Əlif oğlu, Muradov Mustafa Bayram oğlu, Ramazanov Məhəmmədəli Əhməd oğlu, Sultanlı Nərmin Əli qızı, Şəmilov Nazim Telman oğlu, Yusifov Məmməd Rəşid oğlu.
Abdullayev Sərhəddin Qubaddin oğlu, Göyçayskiy Şövqisəfa Yusifziya oğlu, Quliyev Akif Ələkbər oğlu, Rüstəmov İzzət Əşrəf oğlu prezidentin fərdi təqaüdünə; Babazadə Vasif Məmməd Ağa oğlu, Əliyeva İradə Nurəddin qızı, İbrahimova Sara Hökmulla qızı, İsgəndərov Anar Camal oğlu, Qurbanov Əsədulla Cücü oğlu, Məlikova Məsumə Fazil qızı prezidentin fəxri diplomuna layiq görülüblər.
Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılıb. Bu il martın 11-dən universitetə Elçin Babayev rektorluq edir.
Nizamnaməsinə görə, Bakı Dövlət Universiteti ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri- metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar aparan publik hüquqi şəxsdir.