İmtiyazlı şəxslərə 50 mənzil verildi
- 20 Noyabr 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzili şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edib.
Noyabrın 20-də yayılan rəsmi məlumata görə, şəhid ailələri və ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2019-cu ildə 347 mənzil və fərdi ev verilib.