• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pensiya və müavinət qaydaları necə dəyişir?

  • 14 Noyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər Milli Məclisin ilk oxunuşundan keçib. Novator.az-ın məlumatına görə, pensiyanın minimum məbləğini müəyyənləşdirən 6-1-ci maddə yenilənir. 2019-cu il oktyabrın 1-dən əmək pensiyasının minimum məbləği 200 manatdır. Təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənir.

Yeniliyə əsasən, pensiyanın məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab ediləcək.

Əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.

Başqa bir dəyişikliyə görə, ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin pensiya alanlardan hər birinə düşən məbləği uyğun sosial müavinətin məbləğindən az olduqda əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir.

Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Noyabrın 13-də parlament “Sosial müavinətlər haqqında” qanunda yenilikləri də ilk oxunuşda qəbul edib. 2020-ci il yanvarın 1-dən rəsmiləşəcək dəyişikliyə görə, əmək qabiliyyəti olmayan şəxslərin dairəsi belə müəyyən edilir: əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, pensiya yaşı həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.

Aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslərə öz arzusuna əsasən bir növ aylıq müavinət seçmək hüququ verilir.

Müavinətlərdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin edilir.

Mustafa Hacıbəylinin şikayətinə baxılıb

  • 13 Noyabr 2019
  • comments

Valyutaların yönü

  • 14 Noyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda