Yeni mənzillər təqdim olunub
- 07 Noyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış binalarından alınmış 40 mənzili şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edib. Rəsmi məlumat noyabrın 7-də yayılıb.
Hesabata görə, şəhid ailələrinə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2019-cu ildə 214 mənzil verilib.
Ümumilikdə indiyədək nazirliyin şəhid ailələrinə və müharibə əlillərinə 6868 mənzil təqdim etdiyi bildirilir.