Mərkəzi Bankın yeni hesabatına görə, noyabrın 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 144,7 milyon dollara çatıb. Novator.az bildirir ki, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 519 milyon dollar çoxdur. Yanvarın 1-nə 5 milyard 625,7 milyon dollarlıq valyuta ehtiyatı vardı.
Fevralın 1-nə valyuta ehtiyatı 5 milyard 655,9 milyon dollara, martın 1-nə 5 milyard 761,9 milyon dollara, aprelin 1-nə 5 milyard 778,6 milyon dollara, mayın 1-nə 5 milyard 789 milyon dollara, iyunun 1-nə 5 milyard 870,9 milyon dollara, iyulun 1-nə 5 milyard 939,4 milyon dollara, avqustun 1-nə 5 milyard 962,8 milyon dollara, sentyabrın 1-nə 6 milyard 4,3 milyon dollara, oktyabrın 1-nə 6 milyard 34,1 milyon dollara yüksəlib.