• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sistem islahatları olmasa…

  • 31 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

“İqtisadiyyatda illərdir yaranan problemləri tək iqtisadi addımlarla düzəltmək mümkün deyil”. Novator.az-ın məlumatına görə, Respublikaçı Alternativ Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli özünün “Facebook” səhifəsində belə yazır.

Ekspert qeyd edir ki, əhalinin kredit təşkilatlarına borcu bu ilin 9 ayında 1 milyard manata yaxın, 20 ayda isə 1,8 milyard manata yaxın artaraq 6 milyard 292 milyon manata çatıb: “Sentyabrın sonunda 14 milyard 243 milyon manatlıq kredit qoyuluşlarının 6 milyard 292 milyon manatını ev təsərrüfatlarına verilən kreditlər (istehlak kreditləri) təşkil edib.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində kredit təşkilatlarının cəmi kredit qoyuluşları 1 milyard 223 milyon manat olub və istehlak kreditləri 972 milyon manat, real sektora verilən kreditlər isə 251 milyon manat artıb.

Ölkə xəstə iqtisadi modeldən əl çəkə bilmir, kiçik həcmli iqtisadi böyümə ya büdcə xərcləri, ya da istehlak kreditləri hesabına baş verir. Bu model 2015-ci ildə ölkəni çökdürdü, devalvasiyaya və iqtisadiyyatın daralmasına, yoxsulluğun artmasına səbəb oldu, problemli kreditlər artdı, inflyasiya yüksəldi.

İndi də hökumət ölkəni eyni çuxura doğru aparır – vətəndaşın kredit yükü artır, borcu çoxalır, iqtisadiyyat büdcə xərclərinə və kreditlə artan ticarət dövriyyəsinə söykənir – amma söykəndiyi bu iki “divar” da çürükdür, kövrəkdir, hər an uçma təhlükəsi var.

Bu vəziyyət bir daha sübut edir ki, iqtisadiyyatda illərdir yaranan problemləri tək iqtisadi addımlarla düzəltmək mümkün deyil – idarəetmənin fəlsəfəsi, baxışı, yanaşması dəyişməsə, sistem islahatları olmasa, qanunun aliliyi təmin edilməsə, heç nə dəyişməyəcək”.

Yeni dollar qərarı

  • 31 Oktyabr 2019
  • comments

Mümkün cəzalar

  • 31 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda