• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şuranın sədri mitinqi təxirə salmağa çağırır

  • 31 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarixçi alim Cəmil Həsənli özünün “Facebook” səhifəsində açıqlama yayıb. Bir müddətdir elmi araşdırmaları ilə bağlı Vaşinqtonda olduğunu bildirən Cəmil Həsənli yazır: “Milli Şuranın oktyabrda keçirdiyi aksiyalara yalnız buradan dəstək verə bilmişəm. Belə qaynar hadisələr zamanı əqidədaşlarımızdan uzaqda olmanın çoxlu mənfi cəhətləri olsa da, bir müsbət tərəfi də var. Beynəlxalq təşkilatlarla təmas imkanı çox olur və prosesi bir az uzaqdan dəyərləndirmək imkanı olur.

Milli Şuranın 8 oktyabr aksiyası, xüsusilə də 19 oktyabr mitinqi çox uğurlu aksiyalar oldu. Milli Şura və AXCP rəhbərliyi böyük iradə və cəsarət gücünə mümkün olmayanı etdi. 19 oktyabr mitinqi son illərdə keçirilmiş ən uğurlu və kütləvi razılaşdırılmamış mitinq idi. Təsadüfi deyil ki, bu mitinq bütün dünyanın diqqətini Azərbaycana cəlb etdi. Xüsusilə də AXCP sədri Əli Kərimliyə verilmiş işgəncə təkcə bizim soydaşlarımızı yox, bütövlükdə mütərəqqi dünyanı ciddi narahat etdi.

Avropa Birliyi, ABŞ, Avropa Şurası və dünyaca tanınmış bütün nüfuzlu hüquq müdafiə təşkilatları polis zorakılığını pislədi, Azərbaycan hakimiyyətini sərbəst toplaşma azadlığına riayət etməyə çağırdı. 19 oktyabr mitinqini “Röyters”, “Blumberq” kimi nəhəng agentliklər, “İndependent” və “Qardian” başda olmaqla onlarca beynəlxalq mətbuat orqanı işıqlandırdı və polis zorakılığını qınadı. Düzdür, hələlik Azərbaycan hakimiyyəti bu ciddi qınağa reaksiya verməyib və 2 noyabr mitinqinə razılıq verməməsi onu göstərir ki, rejimin belə tezliklə düzəlmək fikri yoxdur. Ancaq dünyanın rəyini mütləq nəzərə almaqdan başqa çarələri olmayacaq.

Dostlar, bilirəm ki, Milli Şuranın Koordinasiya Mərkəzində əvvəlcədən 2 noyabr mitinqi ilə bağlı belə bir qərar qəbul edilib ki, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna razılaşmasalar, mitinq metronun “28 May” stansiyası qarşısındakı meydanda və ya ona yaxın yerlərdə keçirilsin. Baxmayaraq ki, AXCP-nin 30-dan artıq aparıcı funksioneri hazırda mitinqə görə həbsdədir, onu da bilirəm ki, minlərlə insan 2 noyabr mitinqinə çox ciddi hazırlaşır. Hökumət də qorxu içindədir. Xeyli muzdlu dəstə yaradıblar ki, həmin qrupları xalqla üz-üzə qoysunlar. Digər yandan da müxalifətlə mübarizədən başqa heç nəyə yaramayan Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə bəyanat yayıb Milli Şuranı, xüsusilə də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü və AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham edib. Mitinqdə təxribat hazırlanacağı haqda məlumatlar hətta gəlib mənə də çatıb. Təbii ki, hamısı qurama və yalandır. Milli Şura yalnız və yalnız dinc, konstitusion mübarizə aparır və həmişə də belə olacaq”.

Cəmil Həsənli sonda təklif edir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri və AXCP rəhbərliyi təcili müzakirəyə başlasın, 2 noyabr mitinqi təxirə salınsın: “Hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək. Hazırda Milli Şura 19 oktyabr mitinqi ilə ona nail olub ki, Azərbaycanda sərbəst toplaşma azadlığının olmaması və polis zorakılığı artıq bütün dünyanın gündəminə qayıdıb. Həm vaxt vermək, həm də tələb etmək, məqsədyönlü iş aparmaq lazımdır ki, Avropa Birliyi, ABŞ, Avropa Şurası Azərbaycan hakimiyyəti ilə beynəlxalq öhdəliklərini yerinə yetirməklə bağlı ciddi danışıqlar aparsın. Milli Şura və AXCP rəhbərliyi onsuz da sübut edib ki, hətta ən ağır repressiyalar şəraitində də mitinqlər, aksiyalar edə bilirik. Ölkənin etirazçı elektoratı Milli Şuraya inanır. Biz kifayət qədər güclü olduğumuz üçün həm də manevrlər edə bilərik, rəqibin zərbəsindən yayınıb, gələcək mübarizə üçün daha da güclənə bilərik. Qəti əminəm ki, 2 noyabr mitinqini bir müddət təxirə salsaq, xalqımızla və beynəlxalq aləmlə işi gücləndirsək, bir müddətdən sonra meydanlara daha möhtəşəm şəkildə qayıdacağıq”.

Milli Şura 2013-cü ildə yaradılıb.

1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb.

1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsini tutub. AXCP sədrinin müavini olub, 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib. 2013-cü ildə Milli Şuranın namizədi kimi prezident seçkisində iştirak edib.

Cəmil Həsənli Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzinin üzvüdür.

Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.

Milli Şura mitinq meydanı istəyir

Milli Şuraya Lökbatanı təklif etdilər

Milli Şura imtina edir

Milli Şura Bakının mərkəzinə aksiya təyin edib

Milli Şuraya yaşıl işıq

“Bu aksiya mübarizənin bir mərhələsidir”

Bakının mərkəzində aksiya

Paytaxt polisinin aksiya açıqlaması

AXCP üzvlərinə həbs cəzası verilib

Milli Şura mitinqi harada keçirmək istəyir?

Əli Kərimli mitinqlə bağlı son qərarı açıqladı

Bakıda meydan davası

“8 oktyabrın davamı 19 oktyabrda olacaq”

19 oktyabr xəbərdarlığı

Aksiya ərəfəsi: metronun üç stansiyası bağlanıb

Əli Kərimli tutuldu

Aksiyaçılar “28 May” həndəvərində

Paytaxt polisinin aksiya açıqlaması

Əli Kərimlidən nə tələb olunub?

Tofiq Yaqublu işgəncəyə məruz qaldığını deyib

Aksiya: inzibati həbs cəzası alanların siyahısı

Baş Prokurorluqdan Əli Kərimli açıqlaması

Qızı Tofiq Yaqublu ilə görüşə bilmir

19 oktyabr aksiyasına beynəlxalq reaksiyalar

Seymur Həzinin hansı ittihamla tutulduğu bəlli olub

Əli Kərimli prokurorluğa şikayət edir

İki yerdən biri

Seymur Həzinin şikayəti: qərar verildi

Kimlər azadlığa çıxıb?

Tofiq Yaqublunun şikayətinə baxış təxirə düşdü

Məhkəmə cəzaları ikiyə vurdu

17 nəfər hələ cəza çəkir

Yenə Lökbatan

Aksiya xəbərdarlığı

Mümkün cəzalar

Noyabrda hava

  • 31 Oktyabr 2019
  • comments

İcra başçıları dəyişdi

  • 31 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda