• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

O dövrün adamları…

  • 22 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Oktyabrın 8-də Novruz Məmmədov baş nazir, oktyabrın 21-də Əli Həsənov və Hacıbala Abutalıbov baş nazirin müavini vəzifələrini itirdilər. Hər üç şəxsi prezident istefa ərizələri əsasında işdən götürdü.

Novruz Məmmədov 2018-ci il aprelin 21-dən baş nazir idi. 1997-2018-ci illər arasında o, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri postunda çalışıb.

Əli Həsənov 1997-ci ildən hökumətdə yer alırdı. O, əvvəl Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri postunu tutub, 1998-2018-ci illərdə baş nazirin müavini olmaqla yanaşı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədrlik edib.

2018-ci ildən baş nazirə müavinlik etmiş Hacıbala Abutalıbov 2000-2001-ci illərdə də həmin vəzifəni tutub, 2001-2018-ci illərdə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olub.

İlham Əliyevin 8 oktyabr 2019-cu il sərəncamı ilə baş nazir təyin olunan Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifələrində işləyib.

İlham Əliyev 2003, 2008, 2013-cü illərin oktyabr aylarında və 2018-ci ilin aprel ayında prezident seçilib. 1993-cü il iyunun 24-dən 2003-cü il oktyabrın 31-dək isə onun atası Heydər Əliyev dövlət başçısı olub.

Novator.az bildirir ki, mədəniyyət naziri Əbülfəs Qarayev 1994-cü ildən kabinetdədir. O, 2006-cı ilədək gənclər və idman naziri, 2018-ci ilədək mədəniyyət və turizm naziri vəzifələrində işləyib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1995-ci ildən hökumətdədir. O, 2006-cı ilədək Dövlət Gömrük Komitəsinin sədri olub.

Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətdə 1997-ci ildən təmsil olunur. 1999-cu ilədək o, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.

Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziridir.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Nazirlər Kabinetində 2002-ci ildən təmsil olunur.

2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olan Kərəm Həsənov 2000-2001-ci illərdə dövlət əmlakı nazirinin müavini vəzifəsində çalışıb.

2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.

2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı vəzifəsində çalışıb.

Digər dövlət qurumlarına gəlincə, 2005-ci ildən Milli Məclisin sədri olan Oqtay Əsədov 1996-cı ildən indiki “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.

1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik etmiş Ramiz Mehdiyev 1995-ci ildən indi Prezident Administrasiyası adlanan qurumun rəhbəridir.

Zakir Qaralov 2000-ci ildən baş prokurordur.

2005-ci ildən Ali Məhkəmənin sədri olan Ramiz Rzayev 1995-ci ildən ölkənin hərbi prokuroru, 2000-ci ildən baş prokurorun birinci müavini vəzifələrini tutub.

Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 1994-2019-cu illərdə daxili işlər naziri olub.

Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov administrasiyaya 1994-cü ildə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov və Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 1996-cı ildə, Prezident Katibliyinin rəisi-prezidentin köməkçisi Dilarə Seyidzadə 1999-cu ildə təyinat alıb.

Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev isə Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ilədək də həmin vəzifəni tuturdu.

Gürcüstanın xarici ticarət göstəriciləri

  • 22 Oktyabr 2019
  • comments

Elektron kitablar və virtual müsahibələr…

  • 22 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda