• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qızı Tofiq Yaqublu ilə görüşə bilmir

  • 21 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bakının Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanan müsavatçı, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu oktyabrın 21-də xəstəxanaya aparılaraq müayinə olunub.

Siyasətçinin qızı Nigar Həzi elə həmin gün həbs yerinə qaytarılan atasının hansı xəstəxanada müayinə olunmasından xəbərsizdir. Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində açıqlama yayan Nigar Həzi qeyd edir ki, inzibati həbs məntəqəsində atasının səhhəti ilə bağlı heç bir bilgi ala bilmir: “Ata ilə görüşməyə qoymurlar. Deyirlər ki, yeni tutulandır, gələn həftə görüşə bilərsiniz”.

Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr aksiyasında tutularaq 30 sutka inzibati həbs cəzası alıb. Oktyabrın 21-də səhər evə zəng vuran Tofiq Yaqublu ona işgəncə verildiyini deyib.

Nigar Həzi günün ikinci yarısında atasına baş çəkən vəkil Nemət Kərimliyə istinadla bildirir ki, Tofiq Yaqublunu qandallayaraq üzüstə yerə yıxıb döyüblər, ona çoxlu yumruq, təpik vurublar.

Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.

Polis oktyabrın 19-u saat 15-ə təyin olunmuş mitinqə imkan verməyib, xeyli aksiyaçını saxlayıb.

Baş nazirin iki müavini postdan getdi

  • 21 Oktyabr 2019
  • comments

Təşəkkür və tövsiyə

  • 22 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda