• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türk sammitində Qarabağ harayı

  • 16 Oktyabr 2019
0
SHARES
FacebookTwitterPinterest

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Oktyabrın 15-i Bakıda keçirilən sammitdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Türk Şurasının 2009-cu ilin oktyabrında Naxçıvanda yaradıldığını xatırladıb: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsindən söz açaraq deyib ki, Ermənistan 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir: “İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, islam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib.

Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir”.

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan da bu məsələyə diqqət çəkib: “Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik”.

Türk Şurasını 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə yaradıb.

2018-ci ildə Macarıstan Türk Şurasında müşahidəçi statusu alıb.

2019-cu ildə Özbəkistan Türk Şurasına qoşulub.

Türk Şurasının sammitlərinə və müxtəlif tədbirlərinə Türkmənistan da qatılır.

Yeni hərbi obyektə baxış

  • 15 Oktyabr 2019

9 aya nöqtə

  • 16 Oktyabr 2019

Son materiallar

comments
ManşetXəbər

Festival çıxışlarında

comments
Xəbər

Qəbələdə “Qarabağ” nöqtəsi

comments
ManşetXəbər

Jurnalist əfvə düşdü

comments
ManşetXəbər

Saleh Rüstəmov azadlığa çıxır

Rəylər

Do not miss

comments
ManşetXəbər

Festival çıxışlarında

Son materiallar

comments
ManşetXəbər

Festival çıxışlarında

comments
Xəbər

Qəbələdə “Qarabağ” nöqtəsi

comments
ManşetXəbər

Jurnalist əfvə düşdü

comments
ManşetXəbər

Saleh Rüstəmov azadlığa çıxır

comments
ManşetXəbər

Əfv sərəncamı

comments
Xəbər

Seçicilərin sayı

comments
ManşetXəbər

“Ağıllı kənd”də

comments
Xəbər

Əli Əliyevin üçüncü məhkəməsi

comments
Xəbər

Məhkəmə bloqçunu həbsdə saxladı

comments
ManşetXəbər

Azərbaycan komandalarının potensial rəqibləri

comments
ManşetXəbər

Subsidiyanın sualı

comments
Xəbər

“Azərbaycan Dəmir Yolları”nın yenilənmiş strukturu

comments
Xəbər

İnformasiya: qanun yenilikləri son oxunuşdan keçdi

comments
Xəbər

126 dollar həndəvəri

comments
ManşetŞərh

Gömrük yükü

comments
Xəbər

Telefonu əlindən alınmış vətəndaş prezidentə üz tutub

comments
ManşetTribunaYazarlar

Savaşdan sonra

comments
AktualManşetXəbər

Beş ayın və beş ilin populyar adları

comments
AktualManşetXəbər

Çempionlar Liqasına buraxılan bütün komandalar

comments
Dünyanın səsiManşetXəbər

Sabiq prezident ev dustağı oldu

comments
Xəbər

Füzuli, Cəbrayıl, Zəngilan reydi

comments
Dünyanın səsiManşetXəbər

Şoltsun fikrincə, Putin yalnız bir halda gerçək danışıqlara gedər

comments
Dünyanın səsiManşetXəbər

Antonio Quterreş: “Nüvə təhlükəsi yenidən reallığa çevrilib”

comments
AktualDünyanın səsiManşetXəbər

Parlament 40 yaşdan yuxarı şəxslərin orduya çağırılmasına səs verdi

comments
Xəbər

Rəsmilərin qəbul günləri

comments
ManşetTribunaYazarlar

Rusiyanı nə dayandırar?

comments
AktualManşetŞərh

İnhisarçı basqı

comments
ManşetXəbər

Səlim Müslümov evə buraxılıb

comments
Xəbər

Polad Aslanovdan ifadə alınıb

comments
ManşetXəbər

ABŞ Azərbaycana yeni səfir göndərir

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda