• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Soyad sonluğu necə dəyişdirilir?

  • 15 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Xalq Cəbhəsinin hakimiyyəti dövründə, 1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul edib. Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Vətəndaşlara soyad rəsmən dəyişənədək hüquqi əhəmiyyətli bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlətmək hüququ verilib, dövlət orqanlarına soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlər üçün rüsum tutmamaq hökm edilib.

Novator.az bildirir ki, Nazirlər Kabinetinin 2011-ci il mayın 12-də təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər.

18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəlki şəhadətnamələr ləğv edilməklə ərizə verən şəxsə yeni şəhadətnamələr verilir.

Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti aktlarının qeydi başqa qeydiyyat orqanında olduqda ərizə 3 gün müddətində həmin orqana göndərilir.

Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluğa 3 iş günü müddətində göndərilir.

Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluğa müraciət etdikdə şəhadətnaməni imza etdirməklə ona təqdim edir.

Qeydiyyat şöbəsi və ya konsulluq soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir.

Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluqda olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə bildiriş göndərir.

Qeydiyyat şöbəsi və ya konsulluqda soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

“Dövlət rüsumu haqqında” qanuna əsasən, soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat rüsum ödənməlidir.

Zirvədən zirvəyə

  • 15 Oktyabr 2019
  • comments

Yeni hərbi obyektə baxış

  • 15 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda