• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Kərimli mitinqlə bağlı son qərarı açıqladı

  • 15 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr mitinqinin təxirə salınmayacağını bəyan edib.

Mitinqi paytaxtda keçirmək niyyəti var. Təşkilatçıların Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətdə aksiyaya üç yerdən birini ayırmaq təklif olunub: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Novator.az-ın məlumatına görə, xaricdən internetlə yayılan “Osmanqızı TV”yə 14 oktyabr müsahibəsində Əli Kərimli deyib ki, mitinqi Bakı Şəhər İcra Hakimiyyətinin təklif edəcəyi başqa bir meydanda da keçirməyə razılaşa bilərlər. Ancaq Əli Kərimli həmin meydanın şəhər mərkəzindən uzaq olmaması şərtini irəli sürüb. O bildirib ki, hökumət aksiyaya razılıq verməyəcəyi təqdirdə Milli Şura mitinqi “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirəcək. AXCP sədri bunun qanuna zidd olmadığını iddia edib, deyib ki, etiraz vətəndaşların konstitusion hüququdur və onlar konstitusiyaya uyğun olaraq hökuməti aksiya barədə qabaqcadan xəbərdar ediblər. Əli Kərimlinin sözlərinə görə, bu xəbərdarlıq hətta Bakı Şəhər İcra Hakimiyyəti razılıq vermədiyi halda da mitinq keçirməyə qanuni əsas yaradır.

19 oktyabr aksiyasının təxirə salınmayacağını, Milli Şuranın həmin gün Bakıda mitinq keçirilməsi barədə qəti qərar qəbul etdiyini vurğulayan AXCP sədri hökuməti düşünməyə, aksiyanın razılıqla keçirilməsinə şərait yaratmağa çağırıb.

2013-cü ildən Bakıda mitinqlərə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) ayrılıb. Orada sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aksiya keçirməyə icazə verməyib, sentyabr ayında isə Yasamaldakı İdman-Sağlamlıq Kompleksində təmirə başlandığı bəyan olunub.

Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən “28 May” metro stansiyasının qarşısındakı meydanı, Tofiq Bəhramov stadionunun qarşısındakı meydanı və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı parkı istəyib. Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Təklifdən imtina olunub.

Milli Şura aksiyalara gediş-gəlişin rahat olduğu meydanın ayrılması tələbi ilə oktyabrın 8-i Bakının mərkəzində piket və yürüş keçirib.

2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də yer alır.

1965-ci il təvəllüdlü Əli Kərimli AXC hakimiyyəti zamanı (1992-1993) Prezident Aparatında şöbə müdiri və dövlət katibi vəzifələrində çalışıb. AXC sədrinin müavini və birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2001-ci ildən AXCP sədridir.

Yerevandan başladı

  • 15 Oktyabr 2019
  • comments

Ölkəyə giriş yasağı: 4616 qərar qəbul olunub

  • 15 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda