• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qurultay: yer bilindi, gün dəyişdi

  • 10 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Müsavatın 9-cu qurultayı oktyabrın 13-ü Bakının 7-ci mikrorayonundakı “Büllur” sarayında keçiriləcək. Novator.az-ın məlumatına görə, müsavatçıların paytaxtın icra hakimiyyəti və “Büllur” sarayı nümayəndələri ilə danışıqlarında belə razılaşma əldə olunub.

Partiya qurultayı oktyabrın 12-də keçirməyi nəzərdə tuturdu. Həmin günə “Büllur” sarayına başqa bir mərasim təyin olunduğu üçün Müsavat günü dəyişməyə qərar verib.

Müsavat başqanı Arif Hacılı sentyabr ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova rəsmi müraciət edərək partiyanın qurultayına yer ayrılmasını istəmiş, 400-500 nəfərlik bu tədbir üçün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının və ya Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Evinin daha münasib olduğunu bildirmişdi. Sonradan partiya mərkəzi qərargahına yaxın olan “Büllur” sarayında da qurultay keçirməyə hazır olduğunu bəyan etmişdi.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın müraciətini oktyabrın 7-də cavablandırıb sahibi ilə müvafiq razılıq əldə ediləcəyi təqdirdə qurultayın “Büllur” sarayında keçirilməsini məsləhət bilmişdi. Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi cavabı açıqlanandan az sonra “Büllur”un müsavatçılara yer ayırmaqdan imtina etdiyi üzə çıxmışdı.

Yenidən Bakı Şəhər İcra Hakimiyyətinə səslənən Müsavat Partiyası qurultaya yer ayrılmasında təkid edib və aparılan danışıqlarda “Büllur”un rəhbərliyi əvvəlki mövqeyindən geri çəkilib.

9-cu qurultayda partiya başqanı, Məclisin sərbəst üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçilməlidir. Başqan postuna partiyanın indiki lideri Arif Hacılı və Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqov namizəddir.

1911-ci ildə yaradılan Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbərdir.

2014-cü ildə keçirilən 8-ci qurultaydan bəri partiyaya Arif Hacılı başqanlıq edir.

Orta maaş: ilin və 15 ilin rəqəmləri

  • 09 Oktyabr 2019
  • comments

Siftə 7-cidə gəldi

  • 10 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda