• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AXCP üzvlərinə həbs cəzası verilib

  • 09 Oktyabr 2019
  • Posted in ManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

AXCP üzvləri Elxan Əliyev və Əlizamin Salayev həbs olunublar.

“Turan”ın məlumatına görə, oktyabrın 9-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onların hər birinə 15 sutka inzibati həbs cəzası verilib.

Məhkəmə AXCP fəallarını İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilib.

AXCP-dən bildiriblər ki, Elxan Əliyev və Əlizamin Salayev Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 8-də Bakıda keçirdiyi piketdən bir gün öncə evə gedərkən yolda tutulublar: “Yalnız oktyabrın 9-da məlum olub ki, Nərimanov Rayon Məhkəməsi heç kimin xəbəri olmadan proses keçirib və AXCP üzvlərinin hər birinə saxta ittihamla inzibati həbs verib”.

Milli Şuranın piketi Bakı Şəhər İcra Hakimiyyətinin binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin binası arasında olub.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanun piketə 50 nəfərlik hədd qoyur. Bu səbəbdən polis aksiya məkanına hamını buraxmayıb, piketdə iştirakına icazə verilməyən şəxslər şəhərin mərkəzi küçələrində yürüş keçiriblər.

8 oktyabr aksiyasına Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev, Rövşən Əhmədli, Vahid Məhərrəmli, AXCP funksionerləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, İlham Hüseyn, partiyanın fəalları və başqa şəxslər qatılıblar.

Aksiyada dinc toplaşmaq azadlığına maneələrə son qoyulması tələb olunub.

Paytaxt polisinin 8 oktyabr aksiyası barədə açıqlamasında qeyd olunur ki, etirazçılar “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşıb, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq çağırışları edib, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər: “Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üstündə soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək”.

2013-cü ildən Bakıda mitinqlərə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) ayrılıb. Orada sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti müxtəlif təşkilatlara (Milli Şura, Müsavat Partiyası, Qarabağ Komitəsi, Azərbaycan Xalq Hərəkatı) orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.

Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.

Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Paytaxt rəhbərliyi bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda (28 May küçəsi) keçirməyi məsləhət görüb. Təklifdən imtina olunub, mitinq təxirə salınıb. Milli Şura gediş-gəlişin rahat olduğu meydan istəyir və 8 oktyabr piketini də bu tələblə keçirib.

2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. O, Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzinin üzvüdür.

Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, hüquq müdafiəçisi Oqtay Gülalıyev, ssenarist və kinodramaturq Eldəniz Quliyev və başqaları da yer alır.

Litium-ion batareyalarını yaradanlara Nobel mükafa...

  • 09 Oktyabr 2019

Köçəryan əməliyyat olunub

  • 09 Oktyabr 2019

Son materiallar

comments
Xəbər

Polad Aslanov aclığı dayandırıb

comments
Dünyanın səsiManşetŞərh

Koronavirus və saçların tökülməsi – Yeni araşdırma nəyi üzə çıxarıb?

comments
ManşetXəbər

Bloqçuya və ictimai fəala həbs cəzaları verilib

comments
Xəbər

65 dollardan ucuz…

Rəylər

Do not miss

comments
Xəbər

Polad Aslanov aclığı dayandırıb

Son materiallar

comments
Xəbər

Polad Aslanov aclığı dayandırıb

comments
Dünyanın səsiManşetŞərh

Koronavirus və saçların tökülməsi – Yeni araşdırma nəyi üzə çıxarıb?

comments
ManşetXəbər

Bloqçuya və ictimai fəala həbs cəzaları verilib

comments
Xəbər

65 dollardan ucuz…

comments
ManşetTribunaYazarlar

Qanundan… kənar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“The Telegraph”: “Onlar ölməmiş öz yurdlarını görmək istəyirlər”

comments
ManşetŞərh

Aeroport yox, sürət qatarı

comments
ManşetŞərh

Əli Kərimli: “Hərbçilərə sahib çıxmaq xalqın vəzifəsidir”

comments
Xəbər

Paytaxtın əhalisi

comments
ManşetŞərh

Müddətli xidmət müddəti keçir

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

comments
Dünyanın səsiManşetŞərhYazarlar

“İskəndər” Bakıya atılıb və göydə vurulub? – Britaniya saytı

comments
ManşetTribunaYazarlar

Ustadlıq missiyası

comments
Dünyanın səsiXəbər

Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedir

comments
ManşetTribunaYazarlar

Çingiz Hüseynov: “Qınamaq istəməzdim, amma susmaq da xəyanətdir”

comments
Xəbər

Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur

comments
ManşetXəbər

Paytaxtın işsizlik statistikası

comments
Dünyanın səsiManşetŞərh

Ermənistan 2018-ci ilə dönür?

comments
ManşetTribunaYazarlar

İşıq dirəyi (hekayə)

comments
Dünyanın səsiManşetŞərh

Paşinyan qələbəliyi nə deməkdir?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda