• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pensiya artımının əhatə dairəsi

  • 01 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Oktyabrın 1-də Azərbaycanda əmək pensiyasının minimum məbləği 200 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xatırladır ki, minimum pensiya bu il martın 1-də 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata qalxıb və həmin artım 233 min vətəndaşı əhatə edib. Yeni artımın 660 min nəfərin pensiyasında yüksəlməyə gətirəcəyi vurğulanır.

Novator.az bildirir ki, “Əmək pensiyaları haqqında” qanunda yeniliyə görə, oktyabrın 1-dən pensiyaların indeksləşdirilməsi qaydası da dəyişir.

2018 və 2019-cu illərdə əmək pensiyaları orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilib. Proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilib.

2020-ci ildən əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalını isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirmək qərara alınıb.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2019-cu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artıb.

2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsulları və xidmətlərin 2018-ci ilin eyni dövrünə nisbətən 2,6 faiz bahalaşdığı açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondu 2019-cu il iyulun 1-nə aylıq pensiyaların orta məbləğini 232,3 manat göstərib.

Ağsu: icra başçısı dəyişdi

  • 30 Sentyabr 2019
  • comments

Bankların nə qədər öhdəliyi var?

  • 01 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda