2019-cu ilin 9-cu ayının son rəsmi məzənnələri açıqlanıb. Mərkəzi Bank sentyabrın 30-da ABŞ dollarını 1,7, avronu 1,8592, Gürcüstan larisini 0,5743, Rusiya rublunu 0,0263, Türkiyə lirəsini 0,30 manata təklif edir (Valyutalar).
Novator.az kursların yanvar-sentyabr aylarında necə dəyişməsinə də nəzər salıb.
Avro 2019-cu ilə 1,9323 manatla başlayıb. Yanvarda maksimum rəsmi kurs 1,9647, fevralda 1,9452, martda 1,9337, apreldə 1,9225, mayda 1,9107, iyunda 1,9396, iyulda 1,9293, avqustda 1,9059, sentyabrda 1,8825 manat olub.
25-29 aprel arası, mayın 3-də, 20-24 və 29-31 may, 24 iyul-5 avqust arası avro 1 manat 90 qəpikdən ucuz satılıb. Avqustun 14-dən rəsmi məzənnə yenə 1 manat 90 qəpikdən aşağıdır.
Gürcüstan larisi 0,6346 manatla start götürüb. Yanvarda rəsmi qiymət 0,6409, fevralda 0,6445, martda 0,6384, apreldə 0,6333, mayda 0,6296, iyunda 0,6235, iyulda 0,6085, avqustda 0,5903, sentyabrda 0,5763 manatı ötməyib.
Rusiya rublu 2019-cu ilə 0,0245 manatla girib. Yanvar və fevralda yüksək kurs kimi 0,0260, mart və mayda 0,0264, aprel və avqustda 0,0267, iyunda 0,0272, iyulda 0,0271, sentyabrda 0,0266 manat həddi rəsmiləşib.
Türkiyə lirəsinin ilk rəsmi qiyməti 0,3141 manat göstərilib. Yanvarda ən yüksək kurs 0,3255, fevralda 0,3275, martda 0,3183, apreldə 0,3073, mayda 0,2877, iyunda 0,2947, iyulda 0,3057, avqustda 0,3104, sentyabrda 0,3006 manat olub.
ABŞ dollarının rəsmi qiyməti 2018-ci il martın 7-dən 1,7 manatdır.
2015-ci il fevralın 21-də və dekabrın 21-də baş verən iki devalvasiya nəticəsində dolların rəsmi kursu 0,7862 manatdan 1,5594 manata qalxıb.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb, 2017-ci il dekabrın 13-dən 2018-ci il martın 7-dək dollar banklara 1,7001 manata təklif olunub.
Dövlət Neft Fondu manatı qorumaq üçün Mərkəzi Bankın 2019-cu ilin yanvar-avqust aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 893,9 milyon dollar məbləğində vəsait satıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.