• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnternetlə alınan bilet dəmiryolda haçan maneəsiz işləyəcək?

  • 27 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh


Dəmiryol sistemində internetlə bilet satışı tətbiq edilsə də, onlayn üsulla bilet alanlardan qatarın çıxmasına azı 1 saat qalmış kassadan kağız bilet almaq da tələb olunur. Novator.az onlayn bilet sistemində kassadan bilet alınması şərtinin nə ilə əlaqədar olması ilə maraqlanıb.

Sentyabrın 27-də “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsindən bildiriblər ki, dəmir yolu daşımalarında istifadə edilən biletlər ciddi hesabat blankı hesab olunur: “Bu baxımdan, qanunvericiliyə əsasən, onların kağız üzərində tətbiqi zəruridir. Lakin 2019-cu ilin mart ayında Nazirlər Kabineti müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydalarına dəyişiklik edib. Yenilik “Azərbaycan Dəmir Yolları”nın Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının uçotu qaydalarının təsdiq edilməsini də nəzərdə tutur. Həmin qaydaların ərsəyə gəlməsi nəticəsində elektron biletlərin ciddi hesabat blankı kimi qəbul edilməsi və elektron qaydada uçotunun aparılması mümkün olacaq. Nəticədə sərnişin elektron qaydada alınmış bileti kassaya yaxınlaşmadan bələdçilərə təqdim etməklə qatara minə biləcək.

“Azərbaycan Dəmir Yolları” elektron biletlərin uçotu ilə bağlı qaydaları hazırlayaraq təsdiq olunması üçün aidiyyəti dövlət orqanına göndərib. Həmçinin elektron biletlərin tətbiqi ilə bağlı müvafiq proqram təminatının təkmilləşdirilməsi istiqamətində intensiv iş aparılır. Yaxın vaxtlarda pilot layihə olaraq Bakı-Gəncə sürət qatarında elektron bilet satışı tətbiq ediləcək. Gələcəkdə isə elektron biletlərin bütün qatarlarda tətbiq edilməsi nəzərdə tutulur.

Həmçinin sərnişinlərin rahatlığı üçün elektron biletlərin internetdən əldə edilməsi işində səmərəliliyin artırılması məqsədilə mobil əlavə hazırlanır. Bununla yanaşı vağzallarda xüsusi terminalların da quraşdırılması planlaşdırılıb, bu da biletlərin kassada növbə gözləmədən alınmasına imkan yaradacaq”.

Səidə Hüseynova

Bastainfo.com saytı yeni problemlə üzləşib

  • 27 Sentyabr 2019
  • comments

65-cinin 37-si

  • 27 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Araşdırma
  • Cəmiyyət
  • Hüquq
  • Sosial
  • Texnologiya

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda