• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Kərimli Fuad Qəhrəmanlının istefasını qəbul edib

  • 26 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli Fuad Qəhrəmanlının istefasını qəbul edib.

Novator.az xəbər verir ki, bunu Əli Kərimli Meydan.tv-yə müsahibəsində deyib.

Müsahibə sentyabrın 25-də internet vasitəsilə canlı yayılıb.

Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan sentyabrın 20-də istefa verib. Həmin gün o bəyan edib ki, qızı Selcan Yağmurun sosial şəbəkədə yaydığı açıqlamasından bəziləri AXCP-yə hücum məqsədilə yararlanır.

Niderlandda ali təhsil alan Selcan açıqlamasını “Facebook” səhifəsində sentyabrın 19-da yayıb. Açıqlamasında o, atasının çoxdandır ailədə qəddar davrandığını, anasına, ona və bacısı Sənaya fiziki təzyiq göstərdiyini bildirib. Daha sonra Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı-publisist Zümrüd Yağmurun boşanmaq üçün məhkəməyə üz tutduğu xəbəri yayılıb.

Sentyabrın 25-də Meydan.tv-nin efirində aparıcı Aytən Mürsəlovanın suallarını cavablandırarkən Əli Kərimli deyib: “Sözügedən məsələlər açıqlanandan, ictimaiyyətin gündəminə çıxarılandan sonra Fuad bəy hesab etdi ki, baş verənlər partiya ilə birbaşa əlaqələndirilir. Fuad Qəhrəmanlı partiyada önəmli funksionerlərdən biridir. Ona görə də istefa qərarını verdi. Mən də hesab elədim ki, onun istefa qərarı düzgündür və dərhal istefanı qəbul etdim”.

Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası ilə bitirib.

1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 2 ay həbsdə yatıb.

1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olan Fuad Qəhrəmanlı 2000-ci ildən AXCP Ali Məclisində, 2003-cü ildən Ali Məclisin Rəyasət Heyətində təmsil edilib, 2009-cu ildə AXCP sədrinin müavini postuna təyinat alıb.

Fuad Qəhrəmanlı 2011-ci ildə müxalifətin razılaşdırılmamış mitinqinə görə 2 il şərti həbs cəzasına məhkum edilib.

2015-ci ildə Fuad Qəhrəmanlı yenidən tutulub, dövlət əleyhinə yönələn açıq çağırışlarda, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlarda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu il martın 17-də əfv sərəncamı əsasında azadlığa buraxılıb.

Jak Şirak vəfat etdi

  • 26 Sentyabr 2019
  • comments

Netanyahunun 55 səsi, 6 həftə vaxtı var

  • 26 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda