Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin səkkiz aylıq hesabatını yayıb. Rəsmi məlumata görə, 2019-cu ilin yanvar-avqust aylarında vətəndaşlardan daxil olmuş 5572 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlardan göndərilmiş 4129 məktub araşdırılaraq cavablandırılıb, 989 vətəndaş fərdi qaydada qəbul edilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin səkkiz ayda 92,9 min manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənməsini təmin etdiyi bildirilir.
Hesabata əsasən, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 81 nəfər əvvəlki iş yerlərinə bərpa edilib.