• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gender niyə bərabər deyil?

  • 20 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Azərbaycanda gender siyasətinin düzgün qurulmadığını düşünür. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, son 15 ildə neft hasilatının və gəlirlərinin artması işsizliyi çoxaldıb, bu səbəbdən qadınların əmək ehtiyatlarında iştirakı da azalıb: “Azərbaycanda iş yerləri az olduğundan kişilərin işləmək şansı daha çoxdur. Beynəlxalq Əmək Təşkilatının qiymətləndirməsinə görə, 2018-ci ildə qadınlar arasında məşğulluq kişilərlə müqayisədə 6,4 faiz bəndi aşağı olub. Bu isə qadınların iqtisadi müstəqilliyinin itirilməsinə və ailənin idarə edilməsində rolunun azalmasına gətirib çıxarıb.

Birləşmiş Millətlər Təşkilatının elan etdiyi gender inkişafı indeksində Azərbaycan 2015-cı ildə 78-ci yerdə olub. Azərbaycan kimi neftlə zəngin olan Rusiya və Qazaxıstanda bu göstərici müvafiq olaraq 49 və 56-dır. Bu müqayisə də Azərbaycanda gender bərabərliyi sahəsində dövlət siyasətinin düzgün qurulmadığını təsdir edir”.

Qubad İbadoğlu əlavə edir ki, son illər dövlətin uşaqlara sosial qayğısının azalması, onların fərdi büdcəsini formalaşdırmaq və iqtisadi cəhətdən müstəqilləşmək imkanlarının məhdudlaşması valideynlərdən asılılığın artmasına gətirib çıxarıb. Bu da uşaq pulunun verilməsinə ehtiyacı daha da artırır.

Uşaqların erkən yaşında müstəqilləşməsi cəmiyyətin inkişafı və demokratikləşməsi üçün vacib amillərdən sayılır. Odur ki, valideynlər uşaqların tərbiyəsinə münasibətdə ənənəvi yanaşmadan imtina etməli, onların müasir dövrün tələblərinə və ehtiyaclarına uyğun müstəqil inkişafına, xaricdə təhsilinə, pul qazanmasına mane olmamalıdır.

Eyni zamanda qadınların iqtisadiyyatda, idarəetmədə və ailədə iştirakı stimullaşdırılmalı, onların əmək bazarına sağlam inteqrasiyasına nail olunmalıdır”.

Ezop dili və yayınan hədəf

  • 20 Sentyabr 2019
  • comments

Döyüş atışları

  • 20 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda