Şəhid ailələri və müharibə əlillərinə 64 mənzil verildi
- 19 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Saray qəsəbəsində 20, Digah qəsəbəsində 12, “Göy Qurşağı” kompleksində 22, Binəqədi rayonundakı “Gənclər şəhərciyi” kompleksində 9, Astara rayonunda 1 mənzili (ümumilikdə 64 mənzili) yeni yaşayış binalarından alıb şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edib. Rəsmi məlumat sentyabrın 19-da yayılıb.
Arayışa görə, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626 mənzil, bu il 174 mənzil verilib. İndiyədək şəhid ailələri və müharibə əlilləri nazirlikdən 6828 mənzil alıb.