• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavatın qurultay günü bilindi

  • 16 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Müsavat Partiyasının 9-cu qurultayı oktyabrın 12-si Bakıda keçiriləcək. Novator.az-ın məlumatına görə, partiya Divanının 16 sentyabr iclasında belə qərar verilib. Yer üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacağı bildirilir.

Qurultaya hazırlıq məsələsinə Müsavat Məclisinin 9 iyun 2018-ci il iclasında baxılıb, müvafiq təşkilat komitəsi yaradılıb. Yerli təşkilatlarda keçirilmiş yığıncaq və konfranslarda qurultayda 400-dən çox nümayəndə seçilib. Məclisin 20 iyul 2019-cu il iclasında 9-cu qurultayın oktyabr ayında keçirilməsi barədə qərar çıxarılmış, qurultay gününü müəyyən etmək Divana həvalə olunmuşdu.

Partiya nizamnaməsinə əsasən, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir Məclisin qərarı ilə çağırılır.

Qurultayın partiyanın proqramını və nizamnaməsini qəbul etmək, onlarda dəyişiklik və əlavələr etmək, Məclisin rayon (şəhər) təşkilatı sədri olmayan üzvlərini, partiyanın başqanını və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını seçmək səlahiyyətləri var.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.

2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.

2020-ci ilin büdcəsi: 1,1 milyard manat kəsir proq...

  • 16 Sentyabr 2019
  • comments

Milli Təhlükəsizlik Xidmətinin direktoru niyə iste...

  • 16 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda