• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pensiya: real və gözlənən artımlar

  • 12 Sentyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

2019-cu il oktyabrın 1-dən əmək pensiyasının minimum məbləği 200 manat müəyyən olunur. Hazırda minimum pensiya 160 manatdır. Məbləğ artımının 660 min pensiyaçını əhatə edəcəyi açıqlanıb.

Pensiyanın minimum məbləği 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına əsasən, artımdan 233 min pensiyaçı yararlanıb.

2019-cu il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291,3 min nəfər pensiyaçı qeydiyyatda olub. Aylıq pensiyaların orta məbləği 232,3 manat göstərilib.

Novator.az bildirir ki, “Əmək pensiyaları haqqında” qanunda yeniliyə görə, pensiyaların indeksləşdirilməsi qaydası dəyişib.

2018 və 2019-cu illərdə əmək pensiyaları orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilib. Proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilib.

2020-ci ildən əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalını isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirmək qərara alınıb.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2019-cu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artıb.

2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsulları və xidmətlərin isə 2018-ci ilin eyni dövrünə nisbətən 2,6 faiz bahalaşdığı açıqlanıb.

Güzəştli kredit hesabatı

  • 11 Sentyabr 2019
  • comments

Həm yenilik, həm sabitlik

  • 12 Sentyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda