Muqabe öldü
- 06 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Zimbabvenin sabiq prezidenti Robert Muqabe sentyabrın 6-da vəfat edib.
Novator.az bildirir ki, 1924-cü il təvəllüdlü Robert Muqabe 1980-ci ildən Zimbabvenin baş naziri, 1987-ci ildən prezidenti olub.
2017-ci il noyabrın 15-də hərbçilər onu əsir alıb prezident postundan çəkilmək tələbi qoyublar. Noyabrın 21-də Robert Muqabe istefa verib.
Hazırda prezident postunu Emmerson Mnanqaqva tutur.