Sentyabrın 6-da Mərkəzi Bank ABŞ dollarının məzənnəsini yenə 1,7 manat müəyyən edib (Valyutalar). Bu kurs ayın 9-dək qüvvədə olduğu üçün qiymət sabitliyinin 18 ayı tamamlanır.
Novator.az bildirir ki, 2015-ci il fevralın 21-də və dekabrın 21-də baş verən iki devalvasiya nəticəsində dolların rəsmi kursu 0,7862 manatdan 1,5594 manata qalxıb.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ili dollar 1,7001 manatla yola salıb. 2018-ci il martın 7-dən bu valyuta 1,7 manata satılır.
Digər valyutalara gəlincə, avro 2019-cu ilə 1,9323 manatla başlayıb. Yanvarda yuxarı rəsmi kurs 1,9647, fevralda 1,9452, martda 1,9337, apreldə 1,9225, mayda 1,9107, iyunda 1,9396, iyulda 1,9293, avqustda 1,9059 manat olub.
25-29 aprel arası, mayın 3-də, 20-24 və 29-31 may, 24 iyul-5 avqust arası avro 1 manat 90 qəpikdən ucuz təklif edilib. Avqustun 14-dən rəsmi məzənnə yenə 1 manat 90 qəpikdən aşağıdır.
Rusiya rublu 2019-cu ilə 0,0245 manatla girib. Yanvar və fevralda yüksək kurs kimi 0,0260, mart və mayda 0,0264, aprel və avqustda 0,0267, iyunda 0,0272, iyulda 0,0271 manat həddi rəsmiləşib.
Dövlət Neft Fondu manatı qorumaq üçün Mərkəzi Bankın 2019-cu ilin yanvar-avqust aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 893,9 milyon dollar məbləğində vəsait satıb. 2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.
Mərkəzi Bankın hesabatına görə, sentyabrın 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 4,3 milyon dollara çatıb. Bu, 2015-ci ilin dekabr ayından bəri ən yuxarı rəqəmdir.
2015-ci ilin əvvəlində 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı qeydə alınıb. İlin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.
2017-ci il yanvarın 1-nə ehtiyatın həcmi 3 milyard 974,4 milyon dollar göstərilib. İl 5 milyard 334,6 milyon dollarla başa çatıb.