• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kimlər siyasi məhbus sayılır? (Yeni siyahı)

  • 03 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup kimləri siyasi məhbus kimi tanıdığını açıqlayıb. Novator.az-ın məlumatına görə, İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqalarının təmsil olunduğu qurumun yaydığı siyahının jurnalistlər və bloqçular bölümündə 5 nəfərin adı yer alır: Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov.

Siyasi məhbus sayılanların 7-si siyasi və ictimai fəaldır: Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov (ev dustağıdır), Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov.

Siyahının hüquq müdafiəçiləri bölümündə 1 nəfər var: Əliabbas Rüstəmov.

3 ömürlük məhkum – Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov siyasi məhbus kimi tanınıb.

Dustaqların 1-i siyasi girov (xaricdən yayılan “Turan TV”nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyev), 3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlardır (Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov).

İşçi Qrup 47 inanclı fəalı, o cümlədən Taleh Bağırov, Məhəmmədəli Axundzadə, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanovu siyasi məhbus sayır.

Siyahıda Gəncə işi ilə bağlı tutulan 52 nəfərin adı keçir. Qeyd olunur ki, araşdırmalar nəticəsində 10 iyul 2018-ci ildə Gəncədə keçirilən toplantının əvvəlcədən təşkil edilməklə zorakılıq məqsədi güddüyünü təsdiqləyən sübutlar aşkar edilməyib. İşçi Qrupun qənaətinə görə, cinayət işinin materialları məhbusların konkret qanunsuz əməllər törətdiyini sübut etmir və ya həmin sübutlar mötəbər sayıla bilməz; 10 iyul 2018-ci il nümayişi dinc xarakterli olub, hakimiyyət qurumları həmin gün həbs olunan şəxslərin zorakılıqlara aidiyyətini təsdiqləyən sübutlar təqdim edə bilməyiblər; məhbusların işgəncəyə və digər pis rəftara məruz qalmasına dair əsaslı şübhələr mövcuddur; tutulanların müdafiə və digər prosessual hüquqları kobud şəkildə pozulub və bu kimi əsaslar Gəncə işi üzrə əksər məhbusların cinayət təqibinin və həbsinin siyasi motivli olduğunu deməyə imkan verir.

Avropa Şurasının meyarlarına görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Rusiyaya ən çox haradan gəlirlər?

  • 03 Sentyabr 2019
  • comments

Jurnalistin həbs müddəti uzadılıb

  • 03 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda