• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentin istefasını tələb edən gəncin şikayətinə baxılıb

  • 30 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezidentin istefasını tələb edən cəbhəçinin şikayətinə baxılıb

Avqustun 30-u Bakı Apellyasiya Məhkəməsində AXCP üzvü Səhlədar İsgəndərlinin şikayətinə baxılıb.

Səhlədar İsgəndərli avqustun 18-də Bakıda metronun “28 May” stansiyası qarşısında təkbaşına aksiya keçirib. O, üzərində prezident İlham Əliyevə istefa, siyasi məhbuslara azadlıq tələbləri yazılmış plakat qaldırıb. Bu video sosial şəbəkələrdə yayılıb.

Avqustun 20-də polis onu tutub. Səhlədar İsgəndərliyə İnzibati Xətalar Məcəlləsi ilə narkotik saxlama və polisin qanuni tələbinə qəsdən tabe olmama ittihamları verilib. Həmin gün Suraxanı Rayon Məhkəməsi AXCP üzvünü bu ittihamlar üzrə təqsirli bilib və ona 2 ay inzibati həbs cəzası kəsib.

“Azadlıq” radiosunun məlumatına görə, avqustun 30-u Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Əsabəli Mustafayev deyib ki, Suraxanı Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Vəkilin sözlərinə görə, qərarda Səhlədarın Suraxanı rayonunda tutulduğu, onun üzərindən narkotik tapıldığı, polisin qanuni tələbinə tabe olmadığı göstərilib: “Halbuki onu iş yerindən – Kukla Teatrının yanından tutub aparıblar. Səhlədar İsgəndərli avqustun 18-də təkbaşına aksiya keçirib. Avqustun 19-dan onu axtarıblar, evinə gəliblər. Avqustun 20-də tutulmamışdan əvvəl özü də bu barədə “Facebook” səhifəsində yazıb. Adam bilir ki, onu polislər axtarır, üzərində narkotik saxlayarmı? Məntiqli deyil axı…”.

Vəkil bildirib ki, Səhlədarın iş yerinin yanındakı müşahidə kameralarının görüntülərinə baxış keçirilsə, onun Suraxanıda yox, iş yerində saxlandığı sübuta yetirilər.

Əsabəli Mustafayev cəbhəçi gəncin müdafiə hüququnun pozulduğunu, işinə baxılarkən vəkillə təmin olunmadığını da söyləyib.

Səhlədar İsgəndərli özü də siyasi baxışlarına, keçirdiyi aksiyaya görə cəzalandırıldığını söyləyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov Suraxanı Rayon Məhkəməsinin 20 avqust qərarını qüvvədə saxlayıb.

AXCP-dən “Azadlıq” radiosuna bildiriblər ki, qərardan Avropa Məhkəməsinə şikayət veriləcək.

Sərhəddə atəş

  • 30 Avqust 2019
  • comments

Həbsdə ad günü

  • 30 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda