• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Büdcə kəsirinin səbəbi

  • 30 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in Şərh

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Xalq qəzeti”nin 30 avqust sayında 2019-cu ilin ilk yarısının sosial-iqtisadi göstəricilərini təhlil edib. Novator.az-ın məlumatına görə, Vüqar Gülməmmədov yazır ki, neftin qiyməti 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş 60 ABŞ dolları ilə müqayisədə 9,8% çox olub: “Yanvar-iyun aylarında ümumi daxili məhsulun (ÜDM) nominal ifadədə həcmi əvvəlki ilin müvafiq göstəricisini 2,5% üstələyib. Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 18,6% azalıb, nəticədə əsas kapitala yönəldilən investisiyalar 2019-cu ilin hesabat dövründə 5,4% düşüb. Qeyri-neft sektoruna yönəldilən investisiyalar real ifadədə 5,1% artım nümayiş etdirib.

2019-cu ilin yanvar-iyun aylarında əhalinin gəlirləri 6,6%, orta aylıq əməkhaqqı real ifadədə 5,6% artıb.

İxrac 2019-cu ilin 6 ayında 9 milyard 979 milyon ABŞ dolları təşkil edib, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,2% çoxdur.

İnflyasiya 2018-ci ilin ilk yarısı ilə müqayisədə 2,5%-ə bərabər olub”.

Sədrin yazdığına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri üzrə ümumi proqnozun icrasında 7,2% səviyyəsində kəsirin yaranması əsasən Dövlət Neft Fondundan daxilolmalar üzrə proqnozun 1 milyard 269,2 milyon manat az yerinə yetirilməsi ilə əlaqədardır.

Maliyyə Nazirliyinin hesabatına görə, yanvar-iyun aylarında dövlət büdcəsinin mədaxili 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat olub.

Vergilər Nazirliyindən dövlət büdcəsinə 3 milyard 632,8 milyon manat vəsait daxil olub, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur. Həmin vəsaitin 70,1 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşür.

Yarım ildə Dövlət Gömrük Komitəsi büdcəyə 2 milyard 65,2 milyon manat vəsait təmin edib. Bu, ötən ilin eyni dövrünə nəzərən 27,6 faiz yüksəlişdir.

Büdcədən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 234,4 milyon manat, başqa daxilolmalar 60,1 milyon manat göstərilir.

Dövlət Neft Fondundan büdcəyə 4 milyard 413 milyon manat köçürülüb.

Həbsdə ad günü

  • 30 Avqust 2019
  • comments

“Qarabağ”ın qrupdakı rəqibləri bəlli oldu

  • 30 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda