Avqustun 27-də avronun rəsmi məzənnəsi 1,8868 manata enib.
Novator.az-ın məlumatına görə, Gürcüstan larisi (0,5790 manat) və Türkiyə lirəsi də (0,2919 manat) ucuzlaşıb.
Mərkəzi Bank kursları sabit qalan ABŞ dollarını 1,7, Rusiya rublunu 0,0257 manata təklif edir (Tam siyahı).
Dolların rəsmi qiyməti 2018-ci il martın 7-dən dəyişmir.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların kursunu 0,7862 manatdan 1,05 manata, dekabrın 21-də 1,55 manata qaldırıb. Həmin ilə 1,5594 manatla nöqtə qoyulub.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb, 2017-ci il dekabrın 13-dən 2018-ci il martın 7-dək dollar banklara 1,7001 manata təklif edilib.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Bu il 25-29 aprel arası, mayın 3-də, 20-24 və 29-31 may, 24 iyul-5 avqust arası avro 1 manat 90 qəpikdən ucuz satılıb. Avqustun 14-dən rəsmi kurs yenə 1 manat 90 qəpikdən aşağıdır.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-iyul aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 78,5 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar, martın hərraclarında 600,5 milyon dollar, aprelin hərraclarında 423,7 milyon dollar, mayın hərraclarında 352,4 milyon dollar, iyunun hərraclarında 315,9 milyon dollar, iyulun hərraclarında 434,9 milyon dollar alınıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.