UEFA-nın hər iki klub turnirində üç raund arxada qalıb. Novator.az bildirir ki, 2019-2020-ci illər mövsümünə vəsiqə almış 237 komandadan (Çempionlar Liqasına 79, Avropa Liqasına 158 klub buraxılıb) 100-ü mübarizəni dayandırıb. Albaniya, Şimali Makedoniya, İslandiya, Cəbəllütariq, Kosovo, Farer adaları, Andorra və San Marino təmsilçisiz qalıblar.
İspaniya, İngiltərə, Almaniya və İtaliyanın klub turnirlərində 7, Fransanın 6 komandası var.
Rusiya, Portuqaliya, Belçika, Ukrayna, Türkiyə, Yunanıstan və İsveçrə 5 komanda ilə təmsil olunurlar.
Avstriya, Hollandiya və Çexiyanın 4, Danimarka, Kipr, Şotlandiya, Norveç, İsveç, İsrail, Bolqarıstan və Rumıniyanın 3 komandası qalır.
Xorvatiya, Serbiya, Belarus, Azərbaycan, Ermənistan, Latviya, Bosniya və Gürcüstan 2, Qazaxıstan, Polşa, Slovakiya, Lixtenşteyn, Sloveniya, Macarıstan, Litva, İrlandiya, Moldova, Lüksemburq, Finlandiya, Malta, Uels, Monteneqro, Estoniya və Şimali İrlandiya 1 komanda ilə yarışırlar.
Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” növbəti mərhələdə (6-13 avqust) Kiprin APOEL komandasına rəqib olub.
Avropa Liqasında mübarizə aparan “Neftçi”ni növbəti raundda (8-15 avqust) İsrailin “Bney Yehuda” klubu gözləyir.