• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirliklərin tarixi

  • 26 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Novator.az Azərbaycanın nazirlikləri barədə qısa arayışı oxuculara təqdim edir:

Daxili İşlər Nazirliyi

1918-ci ildə yaradılıb.

1920-ci ildən 1950-ci illərin ortalarına qədər təhlükəsizlik orqanları ilə bir strukturda fəaliyyət göstərib, Xalq Daxili İşlər Komissarlığı, Birləşmiş Dövlət Siyasi İdarəsi, Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi adları daşıyıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

23 may 2001-ci ildə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında yaradılıb.

Energetika Nazirliyi

18 aprel 2001-ci ildə Yanacaq və Energetika Nazirliyi yaradılıb.

6 dekabr 2004-cü ildə Sənaye və Energetika Nazirliyinə, 22 oktyabr 2013-cü ildə Energetika Nazirliyinə çevrilib.

Ədliyyə Nazirliyi

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gün – 1918-ci il mayın 28-də təsis edilib.

1920-ci il mayın 13-də Ədliyyə Nazirliyi ləğv olunub, Xalq Ədliyyə Komissarlığı yaradılıb. 1930-cu ildə bu komissarlıq buraxılıb. 1933-1959-cu illərdə yenidən fəaliyyət göstərib.

27 oktyabr 1970-ci ildə Ədliyyə Nazirliyi təsis olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əsası 1918-1919-cu illərdə qoyulub, 1920-ci ildən Xalq Təsərrüfatı Şurası, Xalq Əmək Komissarlığı, İctimai Təminat Komissarlığı, Xalq İctimai Təminat Komissarlığı adları daşıyıb.

10 dekabr 1992-ci ildə Sosial Təminat Nazirliyi ilə Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb.

Fövqəladə Hallar Nazirliyi

2005-ci il dekabrın 16-da yaradılıb.

Gənclər və İdman Nazirliyi

26 iyul 1994-cü ildə yaradılıb.

18 aprel 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinə çevrilib.

30 yanvar 2006-ci ildən yenidən Gənclər və İdman Nazirliyi adı daşıyır.

Xarici İşlər Nazirliyi

1919-cu il iyul ayının 9-da Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilib.

1922-ci ildə SSRİ yaradılıb, Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırılıb.

1944-cü ildə Azərbaycan Xalq Xarici İşlər Komissarlığı yaradılıb. Sonradan komissarlıq Xarici İşlər Nazirliyinə çevrilib.

İqtisadiyyat Nazirliyi

30 aprel 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi yaradılıb.

22 oktyabr 2013-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyinə, 15 yanvar 2016-cı ildə İqtisadiyyat Nazirliyinə çevrilib.

Kənd Təsərrüfatı Nazirliyi

1918-ci il may ayında Əkinçilik və Əmək Nazirliyi adı ilə yaradılıb. 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyinə çevrilib.

1920-ci ildən Dövlət Torpaq Komissarlığı, 1946-cı ilin yanvarından Əkinçilik Nazirliyi, həmin ilin fevralından Kənd Təsərrüfatı Nazirliyi adı daşıyıb.

3 dekabr 1985-ci ildə bir çox qurumla birləşdirilən Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar Sənaye Komitəsinə çevrilib.

1992-ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi yaradılıb.

1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi qurulub.

Maliyyə Nazirliyi

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilən vaxt yaradılıb.

Mədəniyyət Nazirliyi

1953-cü ildə yaradılıb.

2006-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi adı daşıyıb.

Müdafiə Nazirliyi

1991-ci il sentyabrın 5-də yaradılıb.

1918-1920-ci illərdə Hərbi Nazirlik adlı analoji qurum fəaliyyət göstərib.

Müdafiə Sənayesi Nazirliyi

2005-ci il dekabrın 16-da Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb, 1920-ci ildə Poçt və Teleqraf Komissarlığına çevrilib.

1953-cü ildə Rabitə Nazirliyi yaradılıb.

2004-cü il fevralın 20-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, 2014-cü il martın 7-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, 2017-ci il fevralın 13-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə çevrilib.

Səhiyyə Nazirliyi

1918-ci il iyunun 17-də yaradılıb.

Təhsil Nazirliyi

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 may 1918-ci il qərarı ilə Xalq Maarifi Nazirliyi yaradılıb.

28 aprel 1920-ci ildə Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib.

1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı iki nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.

1988-ci ildə Xalq Təhsili Nazirliyi yaradılıb.

1993-cü ildə qurum Ali Təhsil və Maarif nazirliklərinə bölünüb. Həmin il sentyabrın 3-də Təhsil Nazirliyi yaradılıb.

Vergilər Nazirliyi

1919-cu il iyunun 17-də Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olunub. 1920-1991-ci illərdə Azərbaycanda vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənib.

1991-ci ildə Maliyyə Nazirliyinin tərkibində Vergi Xidməti qurulub. Həmin il müstəqil orqan – Baş Dövlət Vergi Müfəttişliyi fəaliyyət göstərməyə başlayıb.

11 fevral 2000-ci ildə Vergilər Nazirliyi yaradılıb.

“Psixoloji yardım haqqında” qanunun tətbiqi niyə g...

  • 26 İyul 2019
  • comments

Cəhənnəmdən keçmiş mələk (132)

  • 26 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda