• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmə sistemində dəyişiklik rəsmiləşdi

  • 22 İyul 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyi imzalayaraq onun tətbiqinə sərəncam verib. Yeniliyə əsasən, 2020-ci il yanvarın 1-dən inzibati-iqtisadi məhkəmələr inzibati məhkəmələrə çevrilir və kommersiya məhkəmələri yaradılır.

İnzibati məhkəmə Azərbaycanın inzibati ərazi vahidləri üzrə təşkil edilir.

Novator.az bildirir ki, qanuna görə, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.

Kommersiya məhkəməsi ölkənin inzibati ərazi vahidləri üzrə təşkil edilir.

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Naxçıvan şəhərində yaradılır və onun yurisdiksiyası bölgənin bütün ərazisinə şamil olunur.

Kommersiya məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayını Məhkəmə-Hüquq Şurası müəyyənləşdirir.

Prezident sərəncamı ilə inzibati məhkəmələr və kommersiya məhkəmələri Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki şəhərlərində yaradılır.

Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilir.

Məhkəmə-Hüquq Şurasına kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etmək tövsiyə olunub.

İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflər 2019-cu il dekabrın 1-dək prezidentə təqdim olunmalıdır.

Nazirlər Kabinetinə yeni təşkil edilən məhkəmələrin binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.

Seçkidə prezident partiyası önə çıxdı

  • 22 İyul 2019
  • comments

Məzənnə yenilikləri

  • 22 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda