“Neftçi” və “Qəbələ”nin potensial rəqibləri
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən komandaların növbəti potensial rəqibləri bəlli olub. “Neftçi” ikinci mərhələdə (25 iyul-1 avqust) Rusiyanın “Arsenal” (Tula) klubu ilə, “Qəbələ” Gürcüstan paytaxtının “Dinamo” klubu ilə oynayacaq. Novator.az-ın məlumatına görə, iyulun 22-də üçüncü raundu...
Qurultay: ay bilinir, qalır gün
Müsavat Partiyasının 9-cu qurultayı 2019-cu ilin oktyabr ayında keçiriləcək. Novator.az-ın məlumatına görə, qərar Müsavat Məclisinin 20 iyul iclasında çıxarılıb. İclasda bəyan olunub ki, əksər rayon-şəhər təşkilatında yığıncaq və konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib. Qurultay gününü...
AXCP üzvü həbsdə qaldı
Bakı Apellyasiya Məhkəməsi AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflini həbsdə saxlayıb. Asif Yusifli 2014-cü il noyabrın 25-dən həbsdədir. 2015-ci ildə məhkəmə onu dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirli bilərək 7 il 6 ay müddətinə azadlıqdan məh...
Məhkəmə uzandı, məhbus aclığa başladı
İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə prosesi davam etdirib. Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri ...
Püşk “Qarabağ” üçün mümkün rəqiblər seçdi
İyulun 22-də UEFA Çempionlar Liqasının üçüncü mərhələsinin püşkü atılıb. Novator.az bildirir ki, püşkün nəticəsinə görə, Azərbaycan təmsilçisi “Qarabağ”a ikinci mərhələdəki APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütlüyünün qalibi rəqib ola bilər. “Qarabağ” ikinci mərhələdə İrlandiyanın “Dandolk” kom...
Ukrayna seçkisindən yeni hesabat
Ukrayna prezidenti Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası iyulun 21-də keçirilmiş parlament seçkisində qalib gəlmək üzrədir. Novator.az-ın məlumatına görə, 450 yerlik parlamentin 225 deputatının seçildiyi proporsional sistemdə Xalq Xidmətçisi Partiyası 42,5% səslə öndə gedir. Ali ...
Prezident qəzetlərə əlavə vəsait ayırdı
İyulun 22-də prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsinə sərəncam verib. Sərəncama əsasən, qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafı...
Neft Fondunun 2018-ci il xərci
Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası prezident sərəncamı ilə təsdiqlənib. Novator.az bildirir ki, sənədə əsasən, ötən il 17 milyard 614 milyon 128 min manat gəlir əldə edilib, 11 milyard 455 milyon 597,5 min manat xərc çəkilib. Gəlirlərin nəzərdə tutulandan 15% çox, xərclərin 0,2% az ic...
Yarım ilin turizm statistikası
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 185 ölkədən 1 milyon 410,7 min (2018-ci ilin ilk yarısı ilə müqayisədə 6,5 faiz çox) əcnəbi gəlib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinə istinadla belə hesabat yayıb. Rəsmi bilgiyə əsasən, yarım ildə Azərbayca...
Bu gün – 22 iyul Azərbaycan Jurnalistikası Günüdür
Şakir YAQUBOV 1974-cü ildən peşəkar jurnalist, iki dəfə “Əməkdar mədəniyyət işçisi” Axırıncı dəfə yazıram bu mövzuda. Bir dəfə yazmışam, yenə təkrarlayıram: məndə belə yalançı təsəvvür yaranıb ki, dövlət səviyyəsində hər hansı bir məsələ barədə düzgün qərar qəbul edildikdən sonra icraçılar həmin qər...
Məzənnə yenilikləri
Mərkəzi Bank iyulun 22-də valyutaların çoxunu ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, avro 1,9069, Gürcüstan larisi 0,5911, Rusiya rublu 0,0270, Türkiyə lirəsi 0,3002 manata düşüb. ABŞ dollarının məzənnəsi 1,7 manat həddində qalıb. Kursları yüksələn Belarus rublu banklara 0,8363, Moldova leyi 0...
Məhkəmə sistemində dəyişiklik rəsmiləşdi
Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyi imzalayaraq onun tətbiqinə sərəncam verib. Yeniliyə əsasən, 2020-ci il yanvarın 1-dən inzibati-iqtisadi məhkəmələr inzibati məhkəmələrə çevrilir və kommersiya məhkəmələri yaradılır. İnzibati məhkəmə Azərbaycanın inzibati əra...
Seçkidə prezident partiyası önə çıxdı
Ukraynada iyulun 21-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri bəlli olub. Novator.az-ın məlumatına görə, 450 yerlik parlamentin 225 deputatının seçildiyi proporsional sistem üzrə 20-dən çox partiya yarışıb. Ali Radaya düşmək üçün gərəkli 5 faizlik həddi beş partiya keçib. Mərkəzi Seçki Kom...