Numbeo.com portalı ziyarət üçün təhlükəsiz şəhərlərin reytinqini açıqlayıb. Novator.az-ın məlumatına görə, Bakı 328 şəhərin salındığı siyahıda 86-cı yerdə göstərilir.
Gürcüstanın paytaxtı Tbilisi 17-ci, Ermənistanın paytaxtı Yerevan 19-cu, Türkiyənin paytaxtı Ankara 140-cı, Rusiyanın paytaxtı Moskva 143-cü, İranın paytaxtı Tehran 239-cu pillədə yer alır.
Ziyarət üçün ən təhlükəsiz şəhər Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi, ən təhlükəli şəhər Venesuelanın paytaxtı Karakas sayılır.