• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oynayanlar qazanacaq

  • 12 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

UEFA Çempionlar Liqası və Avropa Liqasının 2019-2020-ci mövsümü üzrə mükafat fondu açıqlanıb.

Novator.az bildirir ki, Çempionlar Liqasının üçüncü təsnifat raunduna çıxan hər komanda 480 min avro götürəcək.

Avropa Liqasının ikinci təsnifat mərhələsinin hər iştirakçısı üçün 260 min avro, üçüncü təsnifat mərhələsinin hər iştirakçısı üçün 280 min avro, dördüncü təsnifat mərhələsinin hər iştirakçısı üçün 300 min avro nəzərdə tutulur.

Çempionlar Liqasının qrupuna düşən hər komandaya 15 milyon 250 min avro veriləcək.

Qrup oyunlarında qələbə 2,7 milyon avro, heç-heçə 900 min avrodur.

1/8 finala çıxanlar 9,5 milyon avro, 1/4 finala çıxanlar 10,5 milyon avro, yarımfinala çıxanlar 12 milyon avro alacaq.

Finalda uduzan komanda 15 milyon avro, turnirin qalibi 19 milyon avro qazanacaq.

Avropa Liqasının qrupuna düşmək 2 milyon 920 min avro mükafat gətirir. Qrup turnirini ilk sırada bitirən komanda 1 milyon avro, ikinci yerdə bitirən 500 min avro əldə edəcək. Bu raundun oyunlarında qələbə 570 min avro, heç-heçə 190 min avrodur.

1/16 finalçılar 500 min avro, 1/8 finalçılar 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro alacaq.

Finalçılar üçün 4,5 milyon avro, qalib üçün 4 milyon avro ayrılıb.

Çempionlar Liqası və Avropa Liqasının qalibləri UEFA superkuboku uğrunda oyuna görə 3,5 milyon götürəcəklər. Superkubokun sahibi 1 milyon avroya sahib çıxacaq.

2019-2020-ci illər mövsümündə Çempionlar Liqasına 79, Avropa Liqasına 158 komanda vəsiqə alıb.

İspaniya, İngiltərə, İtaliya və Almaniyadan Çempionlar Liqasına 4, Avropa Liqasına 3 komanda buraxılıb.

Fransa və Rusiya həm Çempionlar Liqasına, həm Avropa Liqasına 3 komanda göndərib.

Portuqaliya, Ukrayna, Belçika, Türkiyə, Avstriya, İsveçrə, Çexiya, Hollandiya, Yunanıstan Çempionlar Liqasına 2, Avropa Liqasına 3 komanda verib.

Xorvatiya, Danimarka, İsrail, Kipr, Rumıniya, Polşa, İsveç, Azərbaycan, Bolqarıstan, Serbiya, Şotlandiya, Belarus, Qazaxıstan, Norveç, Sloveniya, Slovakiya, Moldova, Albaniya, İslandiya, Macarıstan, Makedoniya, Finlandiya, İrlandiya, Bosniya, Latviya, Estoniya, Litva, Monteneqro, Gürcüstan, Ermənistan, Malta, Lüksemburq, Şimali İrlandiya, Uels, Farer adalarından Çempionlar Liqasına 1, Avropa Liqasına 3 komanda gəlib.

Cəbəllütariq, Andorra, San Marinodan Çempionlar Liqasına 1, Avropa Liqasına 2 komanda qatılıb.

Kosovonun 1 komandası Çempionlar Liqasına, 1 komandası Avropa Liqasına dəvət alıb.

Lixtenşteyn 1 komanda ilə yalnız Avropa Liqasında təmsil olunur.

UEFA-nın klub turnirlərində ilkin təsnifat raundları arxada qalıb.  Avropa Liqasının ilkin mərhələsində 7 komanda mübarizəni dayandırıb.

Çempionlar Liqasının ilkin mərhələsindən ələnən 3 komanda isə Avropa Liqasına transfer olunub.

Çempionlar Liqasında Azərbaycanı “Qarabağ”, Avropa Liqasında “Neftçi”, “Səbail” və “Qəbələ” təmsil edir.

Qolsuz start

Əlli faizlik nəticə

9 keşikçi

  • 12 İyul 2019
  • comments

Qarabağ rejimindən ziyarət iddiası

  • 12 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda