• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

9 keşikçi

  • 12 İyul 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Konstitusiya Məhkəməsinin yaradılmasından 21 il ötür. Novator.az bildirir ki, ana qanuna görə, Konstitusiya Məhkəməsi prezidentin, parlamentin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında bu məsələləri həll edir:

1) Azərbaycan qanunlarının, prezidentin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının konstitusiyaya uyğunluğu;

2) Prezidentin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan qanunlarına uyğunluğu;

3) Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının prezidentin fərmanlarına uyğunluğu;

4) Ali Məhkəmənin qərarlarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğu;

5) bələdiyyə aktlarının Azərbaycan Konstitusiyasına, Azərbaycan qanunlarına, prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də bölgə konstitusiyasına, qanunlarına və yerli Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;

6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin konstitusiyaya uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin ana qanuna və ölkə qanunlarına uyğunluğu;

7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, bölgənin Nazirlər Kabinetinin qərarlarının Azərbaycan qanunlarına, prezidentin fərmanlarına və Azərbaycanın Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;

8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.

Konstitusiya Məhkəməsi prezidentin, parlamentin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Konstitusiyasını və qanunlarını şərh edir.

Vətəndaşlar qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət verə bilər.

Məhkəmələrin Konstitusiya Məhkəməsinə Azərbaycan Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında müraciət hüququ var.

İnsan hüquqları üzrə müvəkkili hüquq və azadlıqları pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə sorğu verə bilər.

Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

9 hakimdən ibarət Konstitusiya Məhkəməsinin hakimlərini prezidentin təqdimatı ilə Milli Məclis təyin edir.

Qurumun sədri Fərhad Abdullayev 1958-ci ildə Bakı şəhərində doğulub. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktorudur.

Ali Məhkəmənin hakimi, Apellyasiya Məhkəməsinin sədr müavini olub.

2003-cü ildən Konstitusiya Məhkəməsinin sədridir.

Sədr müavini Sona Salmanova 1956-ci ildə Ermənistanın Spitak rayonunda doğulub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

Ali Məhkəmənin hakimi olub.

1998-ci ildən Konstitusiya Məhkəməsinin hakimi, 2005-ci ildən sədr müavinidir.

Digər hakimlər bu şəxslərdir:

Südabə Həsənova

1947-ci ildə Şərur rayonunda doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri, Ali Məhkəmənin sədri olub.

2005-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.

Rafael Qvaladze

1948-ci ildə Gürcüstanın Laqodexi şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Ali Məhkəmənin hakimi, şöbə rəisi olub.

1998-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.

İsa Nəcəfov

1952-ci ildə Şərur rayonunun Oğlan qala kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Naxçıvan Muxtar Respublikasının prokuroru, Azərbaycan Respublikası baş prokurorunun birinci müavini olub.

2002-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.

Mahir Muradov

1956-cı ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Bakının Nizami rayonunun prokuroru olub.

2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.

Ceyhun Qaracayev

1965-ci ildə Bakı şəhərində doğulub.

Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Odessa Milli Hüquq Akademiyasının aspiranturasını bitirib. Hüquq elmləri namizədi, dosentdir.

Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini olub.

2010-cu ildən Konstitusiya Məhkəməsinin hakimidir.

Kamran Şəfiyev

1966-cı ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Milli Məclis Aparatının dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri, Mərkəzi Seçki Komissiyasının üzvü olub.

2010-cu ildən Konstitusiya Məhkəməsinin hakimidir.

Rövşən İsmayılov

1971-ci ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədi, dosentdir.

Mərkəzi Seçki Komissiyasının üzvü olub.

2010-cu ildən Konstitusiya Məhkəməsinin hakimidir.

Sənaye və sərmayə göstəriciləri

  • 12 İyul 2019
  • comments

Oynayanlar qazanacaq

  • 12 İyul 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda